Page 199 - Ferdinand de Sössür_Layout 1
P. 199
Ümumi dilçilik kursu
çıxır ki, bir hadisәdә әvvәl iki müxtәlif faktı sәhv olaraq
qarışdırmışlar : sәhv bundan ibarәt olmuşdur ki, bir tәrәfdәn
vasitәli nәticәni vasitәsiz kimi qәbul etmişlәr (z → r әvәzinә
s → r), başqa tәrәfdәn isә bütün hadisәyә kombinator hadisә
kimi baxmışlar, halbuki onun yalnız birinci hissәsi bu cürdür.
Bu o demәkdir ki, kimsә iddia etsin ki, fransız dilindә
burun samitlәrindәn әvvәl e sәsi a sәsinә keçmişdir. Əslindә
isә, әvvәlcә kombinator әvәzlәnmә baş vermişdir – e sәsi n-
nın qarşısında burunlaşmış (müqayisә et: latınca ventum
‘külәk’ → fransızca vȇnt, latınca fȇmina ‘qadın’→ fiansızca
feme → fȇne), sonra isә e-nin ä ilә spontan әvәzlәnmәsi baş
vermişdir (müqayisә et: vänt, fäme, indi isә: vä, fam – yazılışı:
vent, femme). Belә bir iddia ilә etiraz etmәk әsassızdır ki, bu
yalnız burun samitlәri qarşısında baş verә bilәr: mәsәlә onda
deyil ki, e niyә nazallaşmışdır, yalnız bundadır ki, e-nin ä-yә
keçmәsi spontandır, yoxsa kombinatordur.
Yuxarıda şәrh olunmuş prinsiplәrlә bağlı olmasa da,
göstәrilmәsini lazım bildiyimiz kobud metodoloji sәhv bun-
dan ibarәtdir ki, fonetik qanunu indiki zaman kәsimindә
formulә edirlәr – guya nәzәrdәn keçirilmiş faktlar bir dәfә
yaranıb hәmişәlik mövcud olur, halbuki әslindә hәmin faktlar
müәyyәn zaman kәsiyindә meydana çıxır vә aradan qalxır.
Bu cür formul sәhvә gәtirib çıxarır, çünki nәticә etibarilә,
hadisәlәrin hәr cür xronoloji ardıcıllığını aradan qaldırır. Biz
trǏkhes: thriksǏ cütlüyünü aydınlaşdıran hadisәlәr zәncirini
tәhlil edәrkәn artıq buna diqqәt yetirdik. “s latın dilindә r-ya
keçir” deyәndә belә bir fikir tәlqin etmәk istәyirlәr ki, guya
rotasizm bu dilә tәbiәtәn xasdır – nәticәdә, causa ‘sәbәb’,
ńsus ‘gülüş’ vә s. istisnalar qarşısında çıxılmaz vәziyyәtdә
qalırlar. Yalnız “intervokal slatın dilinin inkişafinın müәyyәn
mәrhәlәsindә r-ya keçir” formulu demәyә imkan verir ki,
causa, ńsus vә s. sözlәrdә s sәsi r-ya keçәrkәn intervokal s
hәlә yox idi, ona görә dә bu sözlәr әvәzlәnmәdәn müdafiә
olunurdu. Vә hәqiqәtәn, o zaman hәlә caussa, ńssus vә s.
199
deyәrdilәr. Elә hәmin sәbәbә görә demәk lazımdır ki, “qәdim