Page 201 - Ferdinand de Sössür_Layout 1
P. 201
Ümumi dilçilik kursu
§4. Fonetik dәyişmәlәrin sәbәblәri
Fonetik әvәzlәnmәlәrin sәbәblәrinin izahı dilçiliyin әn
çәtin mәsәlәlәrin dәn biridir. Bir neçә izah tәklif olunsa da,
onla rın heç biri hәmin mәsәlәyә sonacan aydınlıq gәtirmә -
mişdir.
1. Belә bir fikir söylәnmişdir ki, fonetik әvәzlәnmәlәrin
istiqamәtlәrini müәyyәn edәn meyillәr danışanların irqi
xüsusiyyәtlәridir. Lakin buradan müqayisәli antropologi -
yanın sәlahiyyәtinә aid sual doğur: müxtәlif irqlәrdә nitq apa -
ratı fәrqlidirmi? Çәtin ki bu fәrq müxtәlif insanlar arasında
olan fәrqdәn artıq olsun. Axı anadan olandan Fransada yaşa -
yan zәnci fransızca yerli әhali qәdәr yaxşı danışır. Bundan
başqa, “italyanların nitq orqanları”, “germanın dili bunu
qәbul etmir” kimi ifadәlәri işlәdәrkәn xalis tarixi fakta daimi -
lik xarakteri vermәklә risk edirlәr. Bu sәhv fonetik hadisәlәri
müasir dövrdә formulә edәrkәn buraxılan sәhvin analogiya -
sıdır: İon yunanlarının nitq orqanlarının ά sәsinin tәlәffüzünә
uyğun olmadığından onu ȇ-yә çevirdiyini iddia etmәk qәdim
yunan dilinin İon dialektindә ά sәsi ȇ-yә “keçir” demәk qәdәr
sәhvdir.
İon yunanlarının nitq orqanları a-nı tәlәffüz etmәkdәn heç
dә imtina elәmәmişdir, hәmin sәsә adıçәkilәn dialektdә rast
gәlinir. Vә nәticә etibarilә, iş antropoloji qabiliyyәtsizlikdә
deyil, artikulyasiya vәrdişlәrinin dәyişmәsindәdir. Yenidәn
latın dilinә qayıdaq: burada ilkin intervokal s mühafizә
olunmamış ( *genesis → generis ‘cinslәr’) , lakin sonralar bir
daha tәzahür etmişdir (müqayisә et: *ńssus → ńsus ‘gülüş’ )
– hәmin dәyişmәlәr romalılarda müәyyәn artikul yasiya
vәrdişlәrinә daimi meylin olmadığını göstәrir.
Əlbәttә, hәr bir xalqda bu vә ya digәr konkret dövrdә
fonetik dәyişmәlәrin müәyyәn istiqamәti meydana çıxır. Yeni
201
fransız dilindә diftonqların monoftonq laş ma sın da eyni
ümumi tendensiya әks olunur. Analoji ümumi meyillәri,