Page 203 - Ferdinand de Sössür_Layout 1
P. 203
Ümumi dilçilik kursu
güc sәrf etmәk qanununun fәaliyyәti ilә izah edilirsә, alman
dilindә müşahidә edilәn әks hadisәni ( fӑter → Väter ‘ata’,
gӗberı → gӗben ‘vermәk’) daha çox qüvvә sәrf etmәk qa-
nununun fәaliyyәti ilә izah etmәk lazım gәlir. Elә hesab etsәk
ki cingiltililәr karlardan daha asan tәlәffüz olunur (müqayisә
et: opera ‘әsәrlәr’ → pravonsalca (?) obra ‘әsәr’), onda әks
hadisәlәrin izahı üçün daha çox güc anlayışından istifadә
etmәk lazımdır. Yeri gәlmişkәn, bu cür әks hallar ispan
dilindә dә müşahidә olunur: burada ӡ sәsi χ-ә keçir (müqayisә
et: hiχo – yazılışı hijo ‘oğul’). German dillәrindә isә b, d, g
sәslәri p, t, k-ya keçmişdir. Əgәr nәfәslilik itmәsinә (müqayisә
et: hind-Avropa *bherȏ → german beran ‘aparmaq’) qüvvә
sәrf etmәyin azalması kimi baxırıqsa, onda alman dili barәdә
nә demәliyik: burada nәfәslilik әvvәl olmayan mәqamlarda
tәzahür edir ( Tanne ‘şam ağacı’, Pute ‘hind toyuğu’ uyğun
olaraq bu cür tәlәffüz olunur: Thanne, Phute)?
Bizim qeydlәrimiz heç dә o iddiada deyil ki, daha az
qüvvә nәzәriyyәsini aradan qaldırsın. Sadәcә, faktik olaraq,
hәr bir dilә münasibәtdә tәlәffüz üçün nәyin asan, nәyin
әziyyәtli olduğunu tәyin etmәk çәtin ki, mümkün olsun.
Tamamilә doğrudur ki, uzunluğun qısaldılması mәnasında
sәsin ixtisarı az qüvvә sәrfi demәkdir, lakin o da doğrudur
ki, başdansovdu tәlәffüz saitlәrin uzanması na gәtirib çıxarır
vә qısa saitlәr tәlәffüz zamanı böyük diqqәt tәlәb edir.
Belәliklә, müxtәlif meyillәri nәzәrdә tutaraq iki әks faktı eyni
baxımdan tәqdim etmәk olar. tʃ-ya keçmiş k ilә bağlı hadisәni
alaq (müqayisә et: latınca cӗdere → italyanca cedere ‘güzәştә
getmәk’); hәmin prosesin yalnız son hәddinә diqqәt yetirsәk,
elә görünә bilәr ki, qüvvә sәrfi yüksәlmişdir – lakin bu
tәәssürat dәyişir. Yalnız yenidәn yaranmanın bütün zәncirini
bәrpa etmәk lazım gәlir: k ondan sonra gәlәn saitә
uyğunlaşmağın nәticәsi olaraq damaq k’-na çevrilir; bunun
ardınca k’ sәsi kj-ya keçir, lakin tәlәffüz bundan o qәdәr dә
çәtinlәşmir, әksinә, k’-ya daxil olan hәr iki element keçid
203
nәticәsindә kәskin şәkildә ayrılmış olur. Vә kj-ın tj, t χ vә