Page 205 - Ferdinand de Sössür_Layout 1
P. 205
Ümumi dilçilik kursu
qaranlıq qalır ki, sәbәbi ümumi şәkildә artıq çoxdan mövcud
olan bu vә ya digәr dәyişmәni hәr bir konkret halda nә
doğurur? Hәllini tәlәb edәn mәsәlә dә elә bundan ibarәtdir.
5. Bәzәn hәmin hәlledici sәbәblәri xalqın konkret
mәqam dakı ümumi mәişәt şәraitindә axtarıb tapmağa
çalışırlar. Dillәrin yaşadığı dövrlәrdәn bәzilәri o birilәrindәn
fәrqli olaraq böyük tәbәddülatlarla bağlıdır – siyasi
dayanıqsızlıqla dilin dayanıqsızlığı arasında әlaqә quraraq,
hәmin dövrlәri xarici sәbәb olan siyasi tarixin qaynar dövrlәri
ilә uyğunlaşdırmağa can atırlar. Vә bundan çıxış edәrәk
güman elәyirlәr ki, ümumiyyәtlә dilә aid nәticәlәri fonetik
әvәzlәnmәlәrә dә tәtbiq etmәk olar. Mәsәlәn, göstәrirlәr ki,
roman dillәrinin tәşәkkülü dövründә latın dilindәki müәyyәn
qәdәr kәskin dәyişikliklәr olduqca narahat düşmәn müdaxi -
lәlәri dövrünә düşür. Hәmin mәsәlәdә yanlışlığa yol ver -
mәmәk üçün aşağıdakı iki mәqama diqqәt yetirmәk lazımdır:
a) siyasi stabillik dilin inkişafina heç dә siyasi qeyri-
stabillik kimi tәsir göstәrmir, burada heç bir simmetriya
yoxdur. Siyasi tarazlıq dilin tәkamülünü lәngidәrkәn, xarici
olsa da, söhbәt müsbәt sәbәbdәn gedir; halbuki effekti әksinә
olan siyasi dayanıqsızlıq yalnız mәnfi tәsir göstәrә bilәr. Bu
vә ya digәr konkret dilin hәrәkәtsizliyi, çox vә ya az
bәrqәrarlığı, öz növbәsindә, müәyyәnlәşmiş sosial vә siyasi
tarazlığa әlverişli şәrait yaradan dilә (langue) münasibәtdә
xarici amil olan hadisәlәrdәn irәli gәlә bilәr (sarayın,
mәktәbin, akademiyanın, yazının vә s. tәsiri). Əksinә, әgәr
xalqın tarixindә baş vermiş dildәnxaric hәr hansı tәbәddülat
dilin tәkamülünü sürәtlәndirirsә, bu yalnız o demәkdir ki, dil
yenidәn sәrbәstlik әldә etmiş vә öz normal axarına düş -
müşdür. Klassik dövrdә latın dilinin sabitliyi xarici amillәrlә
izah olunur vә sonrakı dәyişmәlәrlә müqayisә edilә bilmәz,
çünki hәmin dәyişmәlәr mәhdudlaşdırıcı xarici sәbәblәr
mövcud olmadığına görә öz-özünә baş verir;
b) burada söhbәt dildәki hәr cür dәyişmәlәrdәn deyil,
205
yalnız fonetik hadisәlәrdәn gedir. Qrammatik dәyişmәlәrin