Page 196 - Ferdinand de Sössür_Layout 1
P. 196
Ferdinand de Sössür
§2. Fonetik dәyişmәnin şәraiti
Gәtirilәn nümunәlәr göstәrir ki, fonetik hadisәlәr heç dә
hәmişә zәruri olmur, bir çox hallarda onlar müәyyәn şәra -
itlәrә tabe olur, başqa sözlә, әvәzlәnmәyә fonoloji tip deyil,
müәyyәn әhatәdә, vurğu altında, yaxud vurğusuzluq şәrai -
tindә vә s. olan fonem mәruz qalır. Mәsәlәn, deyәk ki, s latın
dilindә yalnız saitlәr arasında vә bir sıra başqa mövqelәrdә
z-ya keçmişdir, qalan bütün hallarda isә dәyişmәmişdir
(müqayisә et: est, senex, equos).
Mütlәq әvәzlәnmәlәr fövqәladә dәrәcәdә tәsadüfidir;
әksәr hallarda ona görә mütlәq dәyişmә hesab olunur ki,
onların ya şәrtlәri üzdә olmur, ya da hәddindәn artıq ümumi
olur: deyәk ki, alman dilindә Ǐ yalnız vurğulu hecada ei, ai-
yә keçir; hind-Avropa k -sı german dillәrindә h-ya keçir
1
(müqayisә et: hind-Avropa k olsom, latınca collum, almanca
1
Hals ‘boyun’), lakin bu dәyişiklik s-dan sonra baş vermir
(müqayisә et: yunanca skötos ‘zülmәt’ vә skadus ‘kölgә’).
Yeri gәlmişkәn, fonetik әvәzlәnmәlәrin mütlәq vә nisbiyә
ayrılması mәsәlәyә sәthi yanaşmaya söykәnir; indi get-gedә
daha çox qәbul edildiyi kimi spontan vә kombinator fonetik
dәyişmәlәr barәdә danışmaq daha sәmәrәli olardı. Fonetik
dәyişmәlәr daxili sәbәblәrdәn gәlirsә – spontan, bir vә ya bir
neçә başqa fonemin iştirakı sayәsindәdirsә – kombinator
dәyişmәlәrdir. Deyәk ki, hind- Avropa o-sunun german a-sına
keçmәsi (müqayisә et: skadus ‘kölgә’, almanca Hals ‘boyun’
vә s.) spontan faktdır. Samitlәrin german mutasiyası, necә
deyәrlәr, Laut verschiebungen dә spontan dәyişmәyә misal ola
bilәr. Deyәk ki, hind-Avropa k -sı pragerman dilindә h-ya
1
keçir (müqayisә et: latınca collum ‘boyun’, qotca hals
‘boyun’); ingilis dilindә qorunub saxlanan pragerman t-sı
yuxarı alman dilindә z-ya (ts tәlәffüz olunur) keçir (müqa -
196 yisә et: qotca taihun, ingiliscә ten, almanca zehn ‘on’). Əksinә,
latın ct, pt-sının italyanca tt-ya keçmәsi (müqayisә et: factum