Page 192 - Ferdinand de Sössür_Layout 1
P. 192
Ferdinand de Sössür
lәş dirilmәsinә gәtirib çıxarır. Əvvәlki mәr hәlә çox vә ya az
dәrәcәdә yaxın ola bilәr; lakin sonrakı ilә qovuşduqda fonetik
hadisәyә artıq yer yoxdur; yalnız dilin mövcud vәziyyәtdәki
sәslәrini tәsvir etmәk qalır ki, bu da fonologiyanın predme-
tidir.
Fonetikanın diaxron xarakteri belә bir prinsiplә tamamilә
uzlaşır ki, geniş mәnada fonetikaya aid olan heç bir şey
mәnalı, vaxud qrammatik deyil. Bu vә ya digәr sözün sәslә -
rinin tarixini öyrәnәrkәn onun mәnasından imtina edib,
yalnız maddi cildinә baxmaq, onu sәs qalıqlarına ayırmaq vә
bu zaman onların mәnasının olub-olmaması barәdә sualı
cavabsız qoymaq olar. Mәsәlәn, öyrәnmәyә cәhd etmәk olar
ki, qәdim yunan dilinin Attik dialektindә heç bir mәna
vermәyәn -ewo- sәs birlәşmәsi nәyә çevrilir. Əgәr dilin
tәkamülü bütünlükdә sәslәrin tәkamülünә gәtirib çıxarsa,
dilçiliyin hәr iki bölmәsinin obyektlәrinә mәxsus qarşılaşma
aşkar tәzahür edәrdi: aydın görünәrdi ki, diaxron olan qram-
matik olmayana, sinxron olan isә qrammatik olana bәrabәr -
dir.
Lakin zaman daxilindә mәgәr tәkcә sәslәrmi dәyişir?
Sözlәr dә öz mәnasını dәyişir, qrammatik kateqoriyalar
tәkamül prosesi keçirir, bәzilәri onları әks etdirәn formalarla
birlikdә yoxa çıxır (mәsәlәn, latın dilindә qoşalıq kәmiyyәti).
Bir halda ki assosiativ vә sintaqmatik sinxroniyanın bütün
faktlarının tarixi var, onda diaxroniya ilә sinxroniya arasın -
dakı mütlәq fәrqi necә qorumalı? Hәqiqәtәn, elә ki xalis
fonetika sferasından kәnara çıxırıq, hәmin fәrqin qorunması
çox çәtin olur.
Ancaq qeyd edәk ki, qrammatik hesab olunan bir çox
dәyişmәlәr fonetika ilә bağlanır. Alman dilindә hant: hante
yerinә Hand: Hände qrammatik tipinin yaranması bütünlüklә
fonetik baxımdan izah olunur. Eynilә Springbrunnen ‘fontan’,
Reitschule ‘at sürmәk mәktәbi’ vә s. tipli mürәkkәb sözlәrin
әsasında da fonetik amil dayanır. Qәdim yuxarı alman dilindә
192
hәmin növdәn olan sözlәrin birinci elementi feil yox, ad