Page 194 - Ferdinand de Sössür_Layout 1
P. 194
Ferdinand de Sössür
gәlәcәk zaman prendre ai kimi söz birlәşmәlәrinin mәnşә -
yindә әn azı iki fakt özünü göstәrir: biri psixoloji – iki anlayış
elementinin sintezi, o biri fonetik – birincidәn asılı olaraq,
iki söz vurğusunun bir vurğuya çevrilmәsi (prȇndre aί →
prendraί). German güc feillәrinin tәsrifi (müasir alman dilindә
geben ‘vermәk’: geben, gab, gegeben vә s. tipindә; müqayisә
et: yunanca leίpö ‘qoyuram’: leίipö, ȇlipon, Iȇloipa vә s.) әhә -
miy yәtli dәrәcәdә kökün sait ablautuna әsaslanır. Əvvәllәr
kifayәt qәdәr sadә sistemә malik olmuş hәmin sәs, şübhәsiz,
xalis fonetik amilin tәsiri nәticәsindә meydana çıxmışdır.
Bununla belә, hәmin qarşılaşmanın funksional әhәmiyyәt
kәsb etmәsi üçün tәlәb olunmuşdur ki, ilkin tәsrif sistemi
bütöv bir sıra müxtәlif dәyişmәlәrin nәticәsindә sadәlәşsin:
indiki zaman formalarının vә onlarla әlaqәdar mәna çalar -
larının çoxsaylı rәngarәngliklәrinin itmәsi, imperfektin,
gәlәcәk zamanın vә aoristin itmәsi, perfektdә qoşalaşmanın
itmәsi vә s. Mahiyyәt etibarilә fonetik olmayan bütün bu
dәyişmәlәr feilin tәsrif formalarının sayını azaltmış, әsas -
lardakı sәs әvәzlәnmәlәri birinci dәrәcәli mәna әhәmiyyәti
әldә etmişdir. Mәsәlәn, tәsdiq etmәk olar ki, geben: gab-da
e:a qarşılaşması, nәticәdә alman perfektindә qoşalaşmanı
aradan qaldırdığı üçün, yunanca leίpö: lȇloipa-dakı e:o
qarşılaşmasından daha çox diqqәtli cәlb edir. Belәliklә,
fonetika bu vә ya başqa şәkildә tәkamülә can atsa da, o hәmin
tәkamülü tam izah edә bilmәz; fonetik amili kәnarlaş -
dırarkәn, qalan qalıq, görünür, “qrammatika tarixi” anlayışını
doğruldur ki, әsas çәtinlik mәhz buradadır: diaxron olanla
sinxron olan arasında saxlanması zәruri olan fәrqlәndirmә
mürәkkәb izahat tәlәb edәrdi ki, o da bu kursun çәrçivәsindәn
kәnara çıxır.
Sonra biz ardıcıl olaraq fonetik dәyişmәlәrә, sәs әvәzlәn -
mәlәrinә, analogiya hadisәsinә nәzәr yetirәcәk, sonda qısaca
olaraq xalq etimologiyası vә aqqlütinasiyaya toxunacağıq.
194