Page 191 - Ferdinand de Sössür_Layout 1
P. 191
Ümumi dilçilik kursu
Üçüncü hissә
DİAXRON DİLÇİLİK
I f ә s i l
ÜMUMİ MÜDDƏALAR
Diaxron dilçilik dilin müәyyәn vәziyyәtindә qarşılıqlı
şәkildә mövcud olan elementlәr arasındakı münasibәti deyil,
zaman daxilindә ardıcıllıqla gәlәn, bir-birini әvәzlәyәn
elementlәr arasındakı münasibәti öyrәnir.
Doğrudan da, mütlәq sükunәt, ümumiyyәtlә, yoxdur;
dilin bütün tәrәflәri dәyişmәyә mәruz qalır, hәr bir mәrhәlәdә
çox vә ya az dәrәcәdә hiss olunacaq tәkamül baş verir. Bu,
tem pinә, intensivliyinә görә müxtәlif ola bilәr, lakin prinsipin
özün ә bundan ziyan dәymir; dil nәhri zaman daxilindә fasilә -
siz axır, ancaq necә axır: lal, ya iti – bu, ikinci dәrәcәli mә -
sәlә dir.
Doğrudur, diqqәtimiz әdәbi dil üzәrindә cәmlәşdiyinә
görә, hәmin ardıcıl tәkamül әksәr halda gizlәnir; irәlidә
görәcәyik ki, başqa mövcudluq şәrtlәrinә tabe olan әdәbi dil
xalq dili (yәni tәbii dil) üzәrinә lay-lay yayılmaqla onu
bizdәn gizlәdir. Bir dәfә müәyyәnlәşdikdәn sonra әdәbi dil,
ümumiyyәtlә, kifayәt qәdәr sabitlik vә özü-özünә bәnzәmәk
tendensiyası nümayiş etdirir; yazıdan asılılığı ona daha
böyük sabitlik verir. Belәliklә, әdәbi dil bizim üçün heç bir
әdәbi ölçüyә tabe olmayan tәbii dillәrin nә dәrәcәdә dәyişkәn
olduğunu müәyyәn edәn meyar ola bilmәz. Diaxron dilçiliyin
obyekti birinci növbәdә fonetika, özü dә tamlığı ilә bütün
fonetikadır. Əslindә, sәslәrin tәkamülü “vәziyyәt” anlayışı
ilә bir yerә sığmır: fonemlәrin, yaxud fonem birlәşmәlәrinin 191
әvvәl necә olduqları ilә müqayisәsi diaxron faktın müәyyәn -