Page 186 - Ferdinand de Sössür_Layout 1
P. 186
Ferdinand de Sössür
§2. Qrammatikanın rasional bölgüsü
Morfologiya, sintaksis vә leksikologiyanın qarşılıqlı
әlaqәsi bütün sinxron faktların mahiyyәtcә oxşar sәciyyәsi
ilә izah olunur. Onların arasında әvvәlcәdәn çәkilmiş heç bir
sәrhәd ola bilmәz. Yalnız münasibәtlәrin yuxarıda müәyyәn
olunmuş sintaqmatik vә assosiativ fәrqlәndirilmәsi tәsnifat
üçün әsas verir ki, buna faktların özü tәhrik edir... Vә qram-
matik sistem ancaq onun üzәrindә qurula bilәr.
Dilin müәyyәn vәziyyәtinin ifadә olunduğu hәr şeyi sin-
taqm vә assosiasiya nәzәriyyәsinә gәtirib çıxarmağı bacar-
maq lazımdır. Artıq indinin özündә xüsusi zәhmәt çәkmәdәn
bu iki bölmә üzrә әnәnәvi qrammatikanın bәzi hissәlәrini
ayırmaq olardı: sözdәyişmә, әlbәttә, danışanların şüurunda
forma assosiasiyası nın tipik nümunәsidir; başqa tәrәfdәn sin-
taksis, yәni geniş yayılmış tәrifә görә söz birlәşmәsi
nәzәriyyәsi sintaqmatikaya daxildir. Belә ki, söz birlәşmәlәri
hәmişә mәkanda bölünmüş әn azı iki vahidi tәqdim edir. Sin-
taqmatik hadisәlәrin heç dә hamısı sintaksisә düşmür, lakin
sintaksisin bütün hadisәlәri sintaqmatika ya aiddir.
Qrammatikanın bütün bölmәlәrindә hәr bir mәsәlәnin bu
ikili baxış bucağı altında öyrәnilmәsindәn irәli gәlәn bütün
üstünlüklәri göstәrmәk olardı. Belә ki, bizim ona assosiativ
vә ya sintaqmatik baxımdan nәzәr salmağımıza baxmaya raq,
söz anlayışı iki müxtәlif problemi ortaya çıxarır: fransız
grand ‘böyük’ sifәti sintaqmda ikili formada çıxış edir (ce
grάa gars$ “ un grand garson” vә œ grάtά: fά “un grand en-
fant”), assosiativ baxımdan da başqa bir ikilik nümayiş et-
dirir: kişi cinsi grά “grand”, qadın cinsi grάd “grande”.
Belәliklә, hәr bir hadisәni öz sintaqmatik, yaxud assosia-
tiv sırasına gәtirmәyi, qrammatikanın bütün mәzmununu
onun iki tәbii oxu ilә uzlaşdırmağı öyrәnmәk lazımdır: yalnız
bu cür bölüşdürmә bizә göstәrә bilәr ki, sinxron dilçiliyin
qәbul edilmiş çәrçivәsindә mәhz nәyi dәyişmәk lazım gәlir.
186
Tәbii ki, hәmin vәzifәni hazırda öhdәmizә götürmәyib, әn
ümumi prinsiplәrin müәyyәnlәşdirilmәsi ilә kifayәtlәnәcәyik.