Page 181 - Ferdinand de Sössür_Layout 1
P. 181
Ümumi dilçilik kursu
keçirmәyә çalışacağıq: hәmin vәhdәt assosiativ vә sintaq-
matik sәciyyәlidir. Vә işarәnin sәrbәstliyini dә mәhz onlar
mәhdudlaşdırır. Dix-neuf assosiativ olaraq dix-huit, soixante-
dix vә s. , sintaqmatik olaraq öz elementlәri dix vә neuf ilә
bağlıdır. Bu münasibәtlәrin hәr ikisi bütövün dәyәrliliyinin
mühüm hissәsini yaradır.
Bizim qәti inamımıza görә, dilә bir sistem kimi aid olan
hәr şey ona mәhz dilçilәri, demәk olar ki, maraqlandırmayan
baxımdan – dil işarәsinin sәrbәstliyinin mәhdudlaşdırılması
baxımından nәzәr salmağı tәlәb edir. Bu, araşdırmanın әn
yaxşı әsasıdır. Əslindә, dilin bütün sistemi işarәnin sәrbәst -
liyinin irrasional prinsipi üzәrindә bәrqәrardır ki, hәmin prin-
sip ondan qeyri-mәhdud şәkildә istifadә edildikdә son dәrәcә
mürәkkәbliyә gәtirib çıxara bilәr. Yalnız ağıl nizamlılıq vә
ardıcıllıq prinsipini bütün işarә kütlәsinin bәzi sahәlәrinә
gәtirә bilir. Vә nisbi motivlәnmәnin rolu mәhz burada tәzahür
edir. Dilin mexanizmi tamamilә rasional olsa idi, onu şey
özündә (en lui meme) kimi öyrәnmәk mümkün idi, lakin
özünü yalnız qismәn düzәldilә bilәn tәbiәtәn xaotik sistem
olaraq tәqdim etdiyindәn, dili işarәlәrin sәrbәstliyini mәh -
dud laşdırmaq baxımından öyrәnmәk onun öz tәbiәtindәn irәli
gәlir.
Motivlәnmiş heç nә olmayan yerdә dillәr mövcud deyil;
lakin elә bir dil tәsәvvür etmәk dә mümkün deyil ki, onda
hәr şey motivlәnmiş olsun. Bu iki qütb – әn az mütәşәk kil -
lik lә әn az sәrbәstlik – arasında bütün aralıq halları tapmaq
olar. Dillәrin hamısında iki cür: bütünlüklә sәrbәst vә nisbi
motivlәnmiş elementlәr var, lakin onlar olduqca müxtәlif
nisbәtdәdir ki, dillәrin tәsnifi zamanı hәmin xüsusiyyәtlәrdәn
istifadә oluna bilәr.
Bu qarşılaşmanın formalarından birini daha yaxşı nәzәrә
çatdırmaq üçün, buna, hәrfi mәna vermәdәn, motivlәnmәnin
maksimuma çatdığı dillәri, müәyyәn mәnada leksik, mini-
muma endiyi dillәri isә qrammatik dillәr adlandırmaq olar.
181
Yәqin, bu onu göstәrmir ki, bir tәrәfdәn “leksika” ilә “sәr -