Page 182 - Ferdinand de Sössür_Layout 1
P. 182
Ferdinand de Sössür
bәstlik”, başqa tәrәfdәn “qrammatika” ilә “nisbi motivlәnmә”
hәmişә sinonimdir, bununla belә, hәr iki cütlüyün üzvlәri
arasında müәyyәn prinsipial ümumilik var. Bu, elә bil ki,
bütün dil sisteminin hәrәkәt etdiyi iki qütbdür, qarşı-qarşıya
gәlәn elә axındır ki, hәmin hәrәkәti yönәldir: bir tәrәfdәn lek-
sik vasitәlәrin – motivlәnmәmiş işarәlәrin istifadәsinә meyil;
başqa tәrәfdәn qrammatik vasitәlәrә – konstruksiyalaşdırmaq
qaydalarına üstünlük verilmәsi.
Mәsәlәn, qeyd etmәk olar ki, ingilis dilindә motivlәn -
mәmә, deyәk ki, alman dilindәkindәn әhәmiyyәtli dәrәcәdә
çoxdur. Ultraleksik dilә nümunә Çin dilidir; Hind-Avropa
pradili isә sanskrit ultraqrammatik dilә nümunәdir. Bir dilin
daxilindә onun bütün tәkamül hәrәkәti motivlәnmәdәn
sәrbәstliyә, yaxud sәrbәstlikdәn motivlәnmәyә ardıcıl keç -
mәdә ifadә oluna bilәr. Hәmin müxtәlif istiqamәtli axınların
nәticәsindә bu iki kateqoriyanın münasibәtindә başdan-başa,
yanaşı olaraq әhәmiyyәtli tәbәddülatlar baş verir. Deyәk ki,
mәsәlәn, fransız dili latınla müqayisәdә sәrbәstliyin böyük
artımı ilә sәciyyәlәnir: latın dilindә inimǏcus ‘düşmәn’ in-
(inkar) ilә amǏcus ‘dost’a bölünür vә onlarla motivlәnir;
fransız dilindәki ennemi ‘düşmәn’ heç nә ilә motivlәnmir –
o, bütünlüklә mütlәq sәrbәstlik sferasına aiddir ki, әvvәl-axır
hәr cür dil işarәsi buraya gәtirib çıxarır. Nisbi motivlәnmәdәn
tam motivlәnmәyә doğru bu cür hәrәkәti yüzlәrlә başqa
nümunәdә müşahidә etmәk olar; müqayisә et: latınca constäre
(stäre ‘dayanmaq’): fransızca coȗter ‘dayanır’, latınca fabrica
(faber ‘dәmirçi’): fransızca forge ‘dәmirçixana’, latınca mag-
ister (magis ‘çox’): fransızca matίre ‘müәllim’, xalq latın
dilindә berbίcärius (berbίx ‘qoyun’): fransızca berger ‘çoban’
vә s. Sәrbәstlik elementlәrinin hәmin artımı fransız dilinin
әn sәciyyәvi cәhәtlәrindәn biridir.
182