Page 187 - Ferdinand de Sössür_Layout 1
P. 187
Ümumi dilçilik kursu
VIII f ә s i l
QRAMMATİKADA MÜCƏRRƏD
MAHİYYƏTLƏRİN ROLU
Buraya qәdәr biz hәr hansı qrammatik mәsәlәnin iki
baxımdan öyrәnilmәsi zәrurәtini açıq şәkildә ehtiva edәn
mühüm bir nöqtәyә hәlә toxunmamışıq. Söhbәt qramma -
tikadakı mücәrrәd mahiyyәtlәrdәn gedir. Onlara әvvәlcә
assosiativ yöndәn baxaq.
İki formanın assosiasiyası onların yalnız ümumilikdә nә
olduğunu anlamaq deyil, hәm dә bu cür assosiasiyalarla idarә
olunan münasibәtlәrin sәciyyәsinin fәrqlәndirilmәsidir.
Mәsәlәn, danışanlar dәrk edirlәr ki, enseigner ‘öyrәtmәk’ ilә
enseignement ‘öyrәnmә’, juger ‘mülahizә yürütmәk’ ilә juge -
ment ‘mülahizә’ni bağlayan münasibәt enseignement
‘öyrәnmә’ ilә jugement ‘mülahizә’ arasında qeydә alınmış
münasibәtlәrә oxşar deyil. Assosiasiyalar sistemi özünün
mәhz hәmin tәrәfi ilә qrammatik sistemlә әlaqәdar olur.
Demәk olar ki, dilin müәyyәn vәziyyәtini, tarixi buraya
qatmadan, öyrәnәn qrammatikasının yaratdığı dәrk olunmuş
sistematik tәsnifatların yekunu nitqdә tәzahür edәn hәm dәrk
olunmuş, hәm dә dәrk olunmamış assosiasiyaların yekunu ilә
uyğun gәlmәlidir. Mәhz hәmin assosiasiyaların kömәyi ilә
dә bizim ağlımızda söz yuvaları, sözdәyişmә paradiqmaları,
morfoloji elementlәr: köklәr, sözdüzәldici vә sözdәyişdirici
şәkilçilәr vә s. qәrar tutur.
Lakin assosiasiya yolu ilә hansı elementlәr seçilib ayrılır,
yalnız maddi olanlarmı? Əlbәttә yox! Biz artıq gördük ki,
assosiasiyalar bir-biri ilә ancaq mәnaca bağlanmış sözlәri
yaxınlaşdıra bilәr (müqayisә et: enseignement ‘öyrәnmә’,
apprentissage ‘tәlim’ vә s.) . Qrammatikada da vәziyyәt 187
belәdir, latın dilindә yiyәlik halın üç formasına baxaq: domin-