Page 189 - Ferdinand de Sössür_Layout 1
P. 189

Ümumi dilçilik kursu

          istisnasız olaraq söz sırasının müxtәlifliyi sayәsindә fәrqlәnir.
          Eynilә mәna bir dildә söz sırası ilә ifadә olunduğu halda,
          başqasında bir, yaxud bir neçә sözlә verilir. Gooseberry wine
          ‘motmotu içkisi’, gold watch ‘qızıl saat’ vә s. sintaqmlarda
          ingilis dili yalnız tәkcә söz sırası ilә elә münasibәtlәri ifadә
          edir ki, hәmin münasibәtlәr müasir fransız dilindә önlüklәrlә
          әks olunur: vin de groseilles, montre en or. Öz növbәsindә isә
          müasir fransız dili vasitәsiz tamamlığı tәsirli feildәn sonra
          istisnasız olaraq isim mövqeyindәn tәqdim edir (müqayisә
          et: je cueille une jleur ‘mәn gül dәrirәm’) , halbuki latın vә
          başqa dillәr hәmin anlayışı xüsusi şәkilçilәrlә sәciyyәlәnәn
          tәsirlik halla ifadә edirlәr vә s.
             Lakin әgәr söz sırası, heç şübhәsiz mücәrrәd mahiyyә t -
          dirsә, onda bu da hәqiqәtdir ki, o öz mövcudluğu üçün bir
          ölçüdә, mәhz hәmin cür sıralanmış konkret vahidlәrә
          borcludur; mahiyyәti әks etdirir, mәhz hәmin sıra ilә bir
          ölçüdә yerbәyer olunur. Boş sintaksisin mәkanda yerbәyer
          edilmiş hәmin maddi vahidlәrdәn guya kәnarda mövcud
          olduğunu düşünmәk yanlışlıq olardı. İngiliscә The man I have
          seen ‘mәnim gördüyüm adam’ ifadәsinә baxsaq, elә görünә
          bilәr ki, fransız dilinin bu halda que ‘hansı ki’ әvәzliyi ilә
          verdiyi mәna burada sıfır forma ilә ifadә olunur. Lakin guya
          “nә isә heç nә ilә ifadә oluna bilәr” fikri dә istisnasız olaraq
          fransız sintaksisi faktları ilә tutuşdurmaya әsaslandığına görә
          yanlışdır: hәqiqәtdә isә muvafiq dәyәrlilik yalnız maddi
          vahidlәrin müәyyәn sıra ilә düzülmәsi hesabına yaranır.
          Konkret sözlәrin mövcud mәcmusundan çıxış etmәdәn
          sintaksis mәsәlәlәrini müzakırә etmәk olmaz. Yeri gәlmişkәn,
          dildә müәyyәn birlәşmәlәri (mәsәlәn, yuxarıda nümunә
          gәtirdiyimiz bir sıra ingilis sözlәrini) anlamağımızın özü bir
          fakt olaraq göstәrir ki, verilmiş söz sırası mәnanın adekvat
          ifadәsidir.
             Maddi vahid yalnız onda mәnanın olmasına vә
          büründüyü funksiyaya görә mövcuddur. Bu prinsip sadә
                                                                     189
          vahidlәrin seçilib ayrılması üçün xüsusilә zәruridir, yoxsa
   184   185   186   187   188   189   190   191   192   193   194