Page 185 - Ferdinand de Sössür_Layout 1
P. 185
Ümumi dilçilik kursu
ifadәsini tapır. Bәzi dillәrdә hallar vә ya önlüklәr vasitәsilә
ifadә olunan bir çox anlayışlar başqa dillәrdә ya adi sözlәrә
yaxınlaşan mürәkkәb ifadәlәrlә (fransızca royaume des cieux,
almanca Himmelreich ‘allah rәhmәt elәsin’), ya düzәltmә
sözlәrlә (fransızca mouliıı ά vent, polyakca Wiatr- ak ‘yel
dәyirmanı’), ya da nәhayәt, sadә sözlәrlә (fransızca bois de
chauffage, rusca дрова; fransızca bois de construction, rusca
строевой лес) verilir. Hәmçinin başdan-başa sıra ilә eyni dil
daxilindә sadә sözlәrlә mürәkkәb ifadәlәrin qarşılıqlı
әlaqәlәnmәsi müşahidә edilir (müqayisә et: соображать -
при нимать в соображение; наказывать - подвергать на -
ка занию).
Belәliklә, biz görürük ki, funksiya baxımından leksik
faktlar sintaktik faktlarla uyğun gәlә bilәr. Başqa tәrәfdәn,
sadә, üzvlәnmәyәn hәr cür söz cümlә üzvündәn, yәni sintak-
tik faktdan әhәmiyyәtli şәkildә heç nә ilә fәrqlәnmir: onu
tәşkil edәn aşağı sәviyyә vahidlәrinin kombinasiyası
(agencement) vә sırası – söz birlәşmәlәrinin yaranması prin-
sipinin dә daxil olduğu eyni әsas prinsiplәrә tabedir.
Qrammatikanın әnәnәvi bölgüsünün praktik faydalılığını
inkar etmәdәn, hәr halda belә bir nәticәyә gәlirik ki, o, tәbii
fәrqlәrә uyğun gәlmir : qrammatikanın әnәnәvi olaraq
ayrılmış bölmәlәri öz aralarında heç bir rasional әlaqә ilә
bağlanmır. Qrammatika başqa, daha әsaslı prinsiplәr üzәrindә
qurula bilәr vә qurulmalıdır.
185