Page 183 - Ferdinand de Sössür_Layout 1
P. 183
Ümumi dilçilik kursu
VII f ә s i l
QRAMMATİKA VƏ ONUN
BÖLMƏLƏRİ
§1. Qrammatikanın tәrifi.
Qrammatikanın әnәnәvi bölgüsü
Statik dilçilik, yaxud dilin müәyyәn vәziyyәtinin tәsviri
sözün olduqca dәqiq vә hәmçinin alışılmış mәnasında qram-
matika adlandırıla bilәr. Bu anlayışa “şahmat oyununun
qrammatikası”, “birjanın qrammatikası” vә s. kimi ifadәlәrdә
rast gәlirik – burada nә isә mürәkkәb, sistemli bir şey, eyni
zaman içәrisindә mövcud olan dәyәrliliklәrin funksiya
daşıması barәdә söhbәt gedir.
Qrammatika dili ifadә vasitәlәri sistemi kimi öyrәnir:
qrammatika anlayışı sinxron vә dәyәrlilik anlayışlarını әhatә
edir – eyni zamanda bir neçә epoxanı әhatә edәn sistem
olmadığına görә biz “tarixi qrammatika”nın mümkünlüyünü
inkar edirik: hәmin adla adlandırılan nә varsa, hәqiqәtdә di-
axron dilçilikdәn başqa bir şey deyil.
Bizim qrammatikaya verdiyimiz tәrif adәtәn dar mәnada
ona verilәn izaha uyğun gәlmir. Əslindә, hәmin ad altında
morfologiya ilә sintaksisi birlәşdirmәk nәzәrdә tutulur, lek-
sikologiya, yaxud sözlәr haqqında elm qrammatikadan tama -
milә çıxarılır.
Hәr şeydәn әvvәl, bu bölgü gerçәkliyә nә dәrәcәdә uy -
ğundur? O, indicә müәyyәn etdiyimiz prinsiplәrlә uzla şırmı?
Morfologiya müxtәlif söz kateqoriyaları (feillәr, isimlәr,
sifәtlәr, әvәzliklәr vә s.) vә sözdәyişdirmәnin cürbәcür for -
maları (tәsrif, hallanma) ilә mәşğul olur. Morfologiyanı
sintaksisdәn ayırarkәn ona әsaslanırlar ki, sonuncunun 183
obyekti dil vahidlәrinә aid funksiyalar olduğu halda, mor-