Page 180 - Ferdinand de Sössür_Layout 1
P. 180
Ferdinand de Sössür
‘gәmilәr’ sözü forması ilә bütün sıranı yada salır: flags
‘bayraqlar’, birds ‘quşlar’, books ‘kitablar’ vә s. men ‘adam -
lar’, sheep ‘qoyunlar’ isә heç nәyi yada salmır. Yunanca dȏsȏ
‘verәcәyәm’ sözü gәlәcәk zaman ideyasını o işarә ilә ifadә
edir ki, hәmin işarә lȗsȏ ‘(düyünü) açacağam’, stėsȏ ‘tәdarük
edәcәyәm’, tȗpsȏ ‘zәrbә endirәcәyәm’ vә s. sözlәrlә assosi-
asiya yaradır, eǏmi ‘gedәcәyәm’ isә tamamilә tәcrid olunur.
Bura hәr bir ayrıca halda motivlәnmәni şәrtlәndirәn
amillәri aydınlaşdırmağın mәqamı deyil: sintaqmatik tәhlil
nә qәdәr asan, aşağı sәviyyә vahidlәrinin mәnası nә qәdәr
aydındırsa, motivlәnmә o qәdәr tamdır. Əslindә, pomm-ier,
ceris-ier vә s. ilә tutuşdurulan poir-ier sözündәki -ier kimi
şәffaf formatla yanaşı, mәnası bulanıq vә ya bütünlüklә heç
nә olan başqaları da var: mәsәlәn, cachot ‘mәhbәs’ sözündәki
-ot şәkilçisi mәnanın hansı elementinә uyğun gәlir? Coutelas
‘dәhrә’, fatras ‘borox?’, plάtras ‘suvaq tör-töküntüsü’ ,
canevas ‘kanba?’ kimi sözlәri tutuşduraraq, dumanlı şәkildә
hiss edirik ki, -as isimlәrә aid olan formantdır, lakin onu daha
dәqiq sәciyyәlәndirmәk imkanımız yoxdur. Yeri gәlmişkәn,
motivlәnmә hәtta münasib halda da heç zaman mütlәq deyil.
Motivlәnmiş işarәnin yalnız elementlәri öz-özlüyündә
sәrbәst olmaqla qalmır (müqayisә et: dix- neuf ‘on doqquz’
da dix ‘on’, neuf ‘doqquz’), işarәnin dәyәrliliyi dә bütövlükdә
heç zaman onun hissәlәrinin dәyәrliliklәrinin cәminә bәrabәr
olmur: poir x ier poir + ierә ә bәrabәr deyil.
Hadisәnin özünә gәldikdә isә, o, әvvәlki paraqrafda şәrh
olunmuş prinsiplәr әsasında aydınlaşdırılır: nisbi motiv -
lәnmiş anlayış 1) verilmiş elementin, demәli, sintaqmatik
münasibәtin tәhlilini, 2) bir, yaxud bir neçә başqa elementin
cәlb edilmәsini, demәli, assosiativ münasibәti nәzәrdә tutur.
Bu, verilmiş elementin müәyyәn anlayışı ifadә etmәsi üçün
yararlı olmasına kömәk göstәrәn mexanizmdәn başqa bir şey
deyil. İndiyә qәdәr dil vahidlәrinә dәyәrlilik, yәni sistemin
elementlәri kimi baxıb onları başlıca olaraq qarşılaşdırmada
180
götürmüşük; indi isә onları birlәşdirәn vәhdәti nәzәrdәn