Page 190 - Ferdinand de Sössür_Layout 1
P. 190
Ferdinand de Sössür
belә görünә bilәr ki, onlar ancaq maddiliklәri hesabına
mövcud olur, yәni guya, mәsәlәn, aimer ‘sevmәk’ ancaq onu
tәşkil edәn sәslәrә görә mövcuddur. Elәcә dә, indicә
gördüyümüz kimi, mәna, funksiya mәhz ona görә mövcuddur
ki, hansısa maddi formaya istinad edir. Biz hәmin prinsipi
sintaqmın, yaxud sintaktik konstruksiyaların nümunәsindә
formulә etdiksә, bu yalnız ona görәdir ki, onlara cümlә
elementlәri üzәrindә dolaşan qeyri-maddi mücәrrәdliklәr
kimi baxmaq meyli var. Hәmin prinsiplәrin hәr ikisi bir-birini
tamamlayaraq, bizim vahidlәri mәhdudlaşdırmaq barәdәki
müddәamızla uzlaşır.
190