Page 195 - Ferdinand de Sössür_Layout 1
P. 195
Ümumi dilçilik kursu
II fәsil
FONETİK DƏYİŞMƏLƏR
§1. Fonetik dәyişmәlәrin mütlәq ardıcıllığı
Gördüyümüz kimi, fonetik dәyişmәlәr sözә yox, sәslәrә
tәsir edir. Dәyişmәyә yalnız fonem mәruz qalır – bütün
diaxron hadisәlәr kimi bu, xüsusi hadisәdir; bununla belә,
nәticә etibarilә, bu vә ya digәr fonem rast gәlindiyi bütün
sözlәrdә eynitipli şәkli dәyişmәlәrә malikdir. Mәhz hәmin
mәnada fonetik dәyişmәlәr ardıcıldır.
Müasir alman dilindә bütün i sәslәri ei sәs birlәşmәsinә
keçmişdir: wǏn, trǏben, lǏhen, zǏt → Wein ‘şәrab’, treiben
‘qovmaq’, leihen ‘borc vermәk’, Zeit ‘zaman’; hәr cür ȕ au-
ya keçmişdir: hȕs, zȕn, rüch → Haus ‘ev’, Zaun ‘hasar’, Rauch
‘tüstü’; eynilә dә bütün ü-lәr eu-ya keçmişdir: hüsir → Häuser
vә s. Başqa tәrәfdәn, ie diftonqu Ǐ-ya keçmişdir, lakin әvvәlki
kimi ie yazılır: müqayisә et: biegen ‘әymәk’, lieb ‘doğma’.
Tier ‘vәhşi’. Paralel olaraq bütün uo-lar ü-ya keçmişdir : muot
→Mut ‘mәrdlik’ vә s. Hәr cür z s olmuşdur (ss yazılır): wazer
→ Wasser ‘su’, fliezen → fliessen ‘axın’ vә s. Saitlәr arasındakı
hәr cür h itmişdir: fihen, sehen → leien (leihen yazılır) ‘borc
vermәk’, seen (sehen yazılır) ‘görmәk’. Hәr cür w dodaq-diş
v (w yazılır)-ya çevrilmişdir: wazer → wasr ( Wasser yazılır)
‘su’.
Müasir fransız dilindә hәr cür yumşaq l j (yot)-a keç -
mişdir: piller ‘soymaq’, bouillir ‘qaynamaq’ (pije, bujir vә s.
tәlәffüz edilirlәr).
Latın dilindә intervokal s r sәsinә keçmişdir: *genesis →
generis, *asȇna → arȇna vә s.
Hәr hansı fonetik dәyişmәyә düzgün yanaşılsa, onun
195
tamamilә ardıcıl olduğu tәsdiq edilәr.