Page 197 - Ferdinand de Sössür_Layout 1
P. 197
Ümumi dilçilik kursu
→ fatto ‘hazır edilmiş’, capȕvum → cattivo ‘axmaq’) kombi-
nator faktdır, belә ki, burada birinci element ikinci ilә
eynilәşir. Alman umlautu da xarici sәbәblәrә, sonrakı hecada
i-nin işlәnmәsi ilә bağlıdır: gast dәyişmir, halbuki gasti-dәn
gesti, Gäste törәyir.
Qeyd edәk ki, istәr bu halda, istәrsә dә digәr halda nәticә
heç bir rol oynamır, dәyişmәnin baş verib-vermәmәsi vacib
deyil. Əgәr, mәsәlәn, qotca fisks ‘balıq’ sözünü latınca piscis
‘balıq’vә qotca skadus ‘kölgә’ sözünü yunanca skötos ‘zülmәt’
ilә müqayisә etsәk, birinci halda i-nin saxlanması, ikinci
halda o-nun a-ya keçmәsi müşahidә edilir; bu iki sәsdәn bi -
rin cisi (i) necә var idisә o cür qalmış, ikincisi (o) әvәzlәn -
mişdir: lakin mәsәlәnin mahiyyәti bundadır ki, hәm qorunub
saxlanma, hәm dә әvәzlәnmә öz-özlüyündә baş vermişdir,
yәni spontan olmuşdur. Kombinator fonetik әvәzlәnmәlәrin
hәmişә sәbәbi olur, lakin spontan әvәzlәnmәlәr isә heç dә
hәmişә mütlәq olmur, belә ki, o, mәnfi olaraq әvәzlәnmә
üçün zәruri olan bәzi amillәrin iştirak etmәmәsi ilә dә
şәrtlәnә bilәr. Deyәk ki, hind-Avropa k -sı latın dilindә spon-
2
tan olaraq qu-ya çevrilir (müqayisә et: quattuor ‘dörd’,
inquifina ‘yaşayış yeri’ vә s.) – ancaq bir şәrtlә ki, onun
ardınca, mәsәlәn, o vә ya u gәlmәsin (müqayisә et: cottǏdie
‘hәr gün’, colö ‘edirәm’, secundus ‘sonrakı’ vә s.). Eynilә
hind-Avropa i-sinin qotca fısks vә s. sözündә qorunub
saxlanması onunla şәrtlәnir ki, ardınca r vә ya h gәlmir –
yoxsa ai ilә ifadә olunan e-yә keçir (müqayisә et: wair =
latınca vir ‘әr’ vә maihstus = almanca Mist ‘peyin’).
197