Page 170 - Ferdinand de Sössür_Layout 1
P. 170
Ferdinand de Sössür
§2. Sintaqmatik münasibәtlәr
Bizim verdiyimiz misallar artıq belә bir nәticә çıxarmağa
imkan yaradır ki, sintaqm anlayışı yalnız sözlәrә deyil, hәm -
çinin söz birlәşmәlәrinә, hәr cür növdәn, istәnilәn uzunluqda
olan mürәkkәb vahidlәrә (mürәkkәb sözlәrә, düzәltmә
sözlәrә, cümlә üzvlәrinә, tam cümlәlәrә) aiddir.
Sintaqmın ayrı-ayrı hissәlәrini öz aralarında birlәşdirәn
münasibәtlәri (mәsәlәn, contre tous ‘hamıya qarşı’ sinta q mın -
da contre ‘qarşı’ vә tous ‘hamıya’, yaxud contremaǏtre ‘baş
işçi, usta’ sintaqmında contre vә maǏtre ) nәzәrdәn keçirmәk
hәlә kifayәt deyil; bütövü onun hissәlәri ilә bağlayan
münasibәtlәri dә nәzәrә almaq lazımdır (mәsәlәn, contre tous-
un bir tәrәfdәn contre-yә, başqa tәrәfdәn tous-a, yaxud
contremaǏtre-nin bir tәrәfdәn contre-yә, başqa tәrәfdәn maǏtre-
yә münasibәtini).
Burada etiraz etmәk olar: sintaqmın tipik tәzahürü cüm -
lәdir, o da dilә yox, nitqә aiddir, buradan belә çıxmırmı ki,
sintaqm nitq sahәsinә aiddir? Biz güman edirik ki, belә deyil.
Nitqin sәciyyәvi xüsusiyyәti elementlәrin kombinasiya
azadlığıdır. Demәli, sual belә qoyulmalıdır: bütün sintaqmlar
eyni dәrәcәdә sәrbәstdirmi? Hәr şeydәn әvvәl, biz, şübhәsiz,
çoxlu sayda dilә aid olan ifadәlәrlә qarşılaşırıq: bu, mәnalı
hissәlәri yetkin tәfәkkürün fәrqlәndirmәk imkanı olduğu
halda belә, әnәnәnin nәyisә dәyişdirmәyi qadağan etdiyi tam
hazır ifadәlәrdir; mәsәlәn, ά quoi bon? ‘nәyә görә’, allons
donc! ‘yetәr’ vә s. Prendrc la mouche ‘boş şeyә görә’, forcer la
main ά quelqu’un ‘nәyәsә tәhrik etmәk’, rompre une lance
‘nizәni sındırmaq’, avoir mal ά (la tėte...) ‘(başında...) ağrı hiss
etmәk’, pas n’est besoin de... ‘heç bir ehtiyac yoxdur...’, que
vous en semble? ‘bu barәdә nә düşünürsünüz?’ kimi ifadәlәr
tәxminәn (hәrçәnd az dәrәcәdә), buraya aiddir. Hәmin ifa -
170 dәlәrin vizual sәciyyәsi onların mәna xüsusiyyәtlәrindәn,
yaxud sintaksisindәn irәli gәlir. Bu cür ifadәlәr improvizasiya