Page 165 - Ferdinand de Sössür_Layout 1
P. 165
Ümumi dilçilik kursu
Bir sıra diaxron faktlar bu baxımdan olduqca sәciy -
yәvidir: bu, hәmin saysız-hesabsız hallardır ki, işarәlәyәnin
dәyişmәsi anlayışın dәyişmәsinә gәtirib çıxarır. Vә bu zaman
diqqәti o cәlb edir ki, fәrqlәnәn anlayışların mәcmusu fәrq -
lә nәn işarәlәrin mәcmusuna uyğun gәlir. Elә ki fonetik dәyiş -
mәlәr nәticәsindә iki element qovuşur (mәsәlәn, fransızca
dėcrėpit – latınca dėcrepitus, fransızca dėcrėpi – latınca crispus ),
әgәr faktlar buna imkan verirsә, anlayış da qovuşmaq meyli
ifadә edir. Mәsәlәn, әgәr fransızca chaise ‘stul’ vә chaire
‘kafedra’da olduğu kimi, söz diferensiallaşırsa, onda necә?
Hәmin halda meydana çıxan müxtәliflik dәrhal dәyәrli
olmaq meylini göstәrir ki, buna da, deyә bilәrik ki, heç dә
hәmişә, yaxud dәrhal imkan olmur. Vә әksinә, tәfәkkürün
müәyyәn etdiyi hәr hansı konseptual müxtәliflik özünü fәrqli
işarәlәyәnlәrdә ifadә etmәyә, tәfәkkürdә çox fәrqlәnmәyәn
iki anlayış isә işarәlәyәndә qovuşmağa can atır.
Əgәr işarәlәri, sistemin müsbәt üzvlәrini öz aralarında
müqayisә etsәk, bu halda artıq müxtәliflik barәdә danışmaq
olmaz. Hәmin ifadә burada yerinә düşmür, belә ki, o ancaq
iki akustik obrazın – mәsәlәn, ata ilә ana; yaxud iki anlayışın,
mәsәlәn, “ata” vә “ana” – müqayisәsi zamanı istifadә edilә
bilәr. Hәr biri özündә işarәlәnәnlә işarәlәyәni birlәşdirәn iki
anlayış müxtәlif (differents) deyil, mәhz fәrqlәndirilә bilәndir
(dictincth). Onların arasında yalnız qarşılaşma var. Dilin
bütün mexanizmi – bu barәdә irәlidә danışılacaqdır – bu
qәbildәn olan qarşılaşmalar, onlardan nәşәt edәn sәs-mәna
müxtәlifliklәri üzәrindә bәrqәrardır.
O şey ki dәyәrliliyә münasibәtdә doğrudur, vahidlәrә
münasibәtdә dә doğrudur. Sonuncu – nitq axınında müәyyәn
anlayışa uyğun gәlәn seqmentdir, hәmçinin, seqment dә,
anlayış da öz tәbiәtlәri etibarilә xalis diferensialdır.
Diferensiasiya prinsipi vahidә tәtbiqdә belә ifadә oluna
bilәr: vahidlәrin fәrqlәndirici xassәlәri vahidlәrin özlәri ilә
qovuşur. Dildә, elecә dә hәr hansı semioloji sistemdә bir
165
işarәni başqasından fәrqlәndirәn nә varsa, onu tәşkil edәn dә