Page 169 - Ferdinand de Sössür_Layout 1
P. 169

Ümumi dilçilik kursu

          qruplar törәyir. Deyәk ki, enseignement ‘tәlim’ sözü qeyri-
          iradi olaraq çoxlu başqa sözlәri oyadır ki, (mәsәlәn, enseigner
          ‘tәlim vermә’, renseigner ‘yenidәn öyrәtmәk’ vә s.; yaxud
          armement ‘silahlanma’, changement ‘dәyişdirmә’ vә s.; yaxud
          da ėducation ‘tәhsil’, apprentissage ‘öyrәnmә’ vә s.) hәmin
          sözlәr öz aralarında bu vә ya digәr cәhәtdәn oxşardır.
                 Aydınca görünür ki, hәmin münasibәtlәr indicә qeyd
          etdiyimiz münasibәtlәrdәn tamamilә başqa sәciyyәlidir. On -
          lar müәyyәn ölçüyә dayanmır, beyindә qәrar tutur vә hәr bir
          fәrdin yaddaşında qorunan xәzinәyә mәnsub olur ki, hәmin
          xәzinә mәhz dildir. Bu münasibәtlәri biz assosiativ müna -
          sibәtlәr adlandıracağıq.
             Sintaqmatik münasibәtlәr hәmişә in praesentia fәal ardı -
          cıllıqda bәrabәr dәrәcәdә iştirak edәn iki, yaxud çox sayda
          üzvlәrin münasibәtinә әsaslanır. Əksinә, assosiativ münasibәt
          hәmin münasibәtin üzvlәrini virtual, mnemon cәrgәdә
          birlәşdirir: onun üzvlәri hәmişә in absentia-dır.
             Bu iki yöndәn nәzәrdәn keçirilәn dil vahidini  binanın
          mü әy yәn hissәsi, mә sә lәn, sütunla müqayisә etmәk olar: bir
          tәrәfdәn sütun onun saxladığı arxitravla müәyyәn müna -
          sibәtdәdir – mәkanda eyni cür iştirak edәn iki vahidlik, bu
          qar şılıqlı yerlәşmә sintaqmatik münasibәti xatırladır; başqa
          tәrәfdәn әgәr bu sütun Dori orderindәndirsә, tәfәkkürdә baş -
          qa orderlәrlә (ionik, korinf vә s.), yәni hazırkı mәkanda
          mövcud olmayan elementlәrlә müqayisә yaradır – bu
          assosiativ münasibәtdir.
             Hәmin münasibәt sıralarının hәr biri xüsusi mülahizә
          söylәnmәsini tәlәb edir.








                                                                     169
   164   165   166   167   168   169   170   171   172   173   174