Page 164 - Ferdinand de Sössür_Layout 1
P. 164
Ferdinand de Sössür
§4. Bütöv işarәyә baxış
Yuxarıda bütün deyilәnlәr bizi belә bir nәticәyә gәtirib
çıxarır ki, dildә müxtәlifliklәrdәn başqa heç nә yoxdur. Ümu -
miyyәtlә desәk, müxtәliflik münasibәtin müsbәt üzv lә rinin
varlığını nәzәrdә tutur ki, onların arasında qәrar tutsun. Lakin
dildә yalnız sistemin müsbәt olmayan üzvlәr müxtәlifliklәri var.
İşarәnin hansı tәrәfini alırıqsa-alaq – istәr işarәlәyәn, istәrsә
dә işarәlәnәn olsun – hәr yerdә eyni mә nzәrә müşa hidә edilir:
dildә onun sistemindәn asılı olmayan nә anla yışlar, nә dә
sәslәr var; yalnız hәmin sistem dәn irәli gәlәn mә na
müxtәlifliklәri vә sәs müxtәlifliklәri var. İşarәdә birlәşmiş
anlayış da, sәs materialı da onun әtrafdakı başqa işa -
rәlәrdәkindәn az әhәmiyyәtә malikdir. Bu onunla sübut edilir
ki, sistem üzvünün dәyәrliliyi, onun nә mәnası, nә dә sәslәri
dәyişmәdiyi halda, istisnasız olaraq sistemin hansısa başqa
yaxın üzvlәrinin dәyişikliyә mәruz qalmasının ardınca
tәbәddülata uğraya bilәr.
Lakin dildә hәr şeyin mәnfi olduğunu iddia etmәk ayrıca
götürülmüş işarәlәnәnә vә işarәlәyәnә münasibәtdә doğ ru -
dur; elә ki işarәyә bütövlükdә baxmağa başlayırıq, nә isә öz-
özlüyündә müsbәt bir şeylә qarşılaşırıq. Dil sistemi sәslәrdә
olan bir sıra müxtәlifliklәrdir ki, o da anlayışlarda olan bir
sı ra müxtәlifliklәrlә bağlıdır. Bununla belә, akustik işarәlәrin
han sısa sayının tәfәkkür kütlәsindәn ayrılan kәsimlәrin bә -
ra bәr sayı ilә tutuşdurulması dәyәrliliklәr sistemini doğ urur.
Vә mәhz hәmin dәyәrliliklәr sistemi hәr bir dilin da xilindә
sәsli vә psixi elementlәr әsasında hәqiqi әlaqәni yaradır.
Hәrçәnd ayrılıqda götürülәn işarәlәnәn vә işarәlәyәn xalis
diferensial vә mәnfı kәmiyyәtlәrdir, onların birlәşmәsi isә
müsbәt faktdır. Hәtta bu, dilin malik olduğu faktların yeganә
növüdür, ona görә ki, dil quruluşunun әsas xüsusiy yәti mәhz
164 hәmin iki müxtәliflik sırası arasındakı paralelliyi qoruyub
saxlamaqdan ibarәtdir.