Page 157 - Ferdinand de Sössür_Layout 1
P. 157
Ümumi dilçilik kursu
Bir halda ki dil bütün elementlәri bütövdә birlәşәn sis-
temdir, ayrıca elementin dәyәrliliyi isә, aşağıdakı sxemә uy ğun
olaraq, yalnız başqa elementlәrin eyni zamanda iş ti ra kından
irәli gәlir, onda sual olunur: bu cür müәyyәn lәşdirilәn dә yәr -
lilik akustik obraza uyğun olan mәna ilә necә qarışdırıla
bilәr?
Burada üfüqi vәziyyәtdә tәsvir edilmiş münasibәtlәri
yuxarıdakı, sxemdә şaquli oxlarla göstәrilmiş münasibәtlә
eynilәşdirmәk mümkunsüz görünür. Başqa sözlә, bir vәrәq
kağızın kәsilmәsi barәdәki müqayisәni tәkrar edәrәk, biz
görә bilmirik ki, nә üçün ayrı-ayrı A, B, C, D vә s. vәrәqlәri
arasında yaranmış münasibәtlәr bir vәrәqin üz vә astar
1
1
tәrәflәri arasında mövcud olan, deyәk ki, A : A , B : B vә s.
münasibәtlәrindәn fәrqlәnmir?
Bu suala cavab vermәk üçün hәr şeydәn әvvәl qeyd edәk
ki, dil sәrhәdindәn kәnarda hәr cür dәyәrlilik (bu halda
qiymәtlilik adlandırılır) hәmişә eyni paradoksal prinsiplә
idarә olunur. Əslindә, qiymәtlilikdәn danışmağın mümkün-
lüyü üçün zәruridir ki:
1) qiymәtliliyi müәyyәnlәşdirilә bilәn nә ilәsә mübadilә
edilmәsi mümkün olan, aralarında oxşarlıq olmayan әşyaların
varlığı;
2 ) qiymәtliliyi barәdә söhbәt gedәn nә ilәsә müqayisә
edilmәsi mümkün olan hansısa uyğun әşyaların varlığı.
Hәmin amillәrin hәr ikisi qiymәtliliyin mövcudluğu üçün
zәruridir. Deyәk ki, 5 franklıq pulun qiymәtliliyini müәyyәn -
lәş dirmәkdәn ötrü bilmәk lazımdır ki: 1) onu müәyyәn hәcm -
dә nә isә başqa şeyә, mәsәlәn, çörәyә mübadilә etmәk olar,
2) onu eyni sistemdәn olan uyğun pulla, mәsәlәn, 1
157
franklıqla, yaxud başqa sistemdәn olan pulla, mәsәlәn, funt
sterlinqlә vә s. müqayisә etmәk olar. Eynilә sözә qarşı da,