Page 154 - Ferdinand de Sössür_Layout 1
P. 154
Ferdinand de Sössür
as tarı kәsmәk mümkün deyil. Dildә nә fikri sәsdәn, nә dә
sәsi fikirdәn ayırmaq olar: bunu ancaq mücәrrәdlәşdirmә
yolu ilә etmәk olar ki, bu da mәcburәn ya xalis psixo lo -
giyaya, ya da xalis fonologiyaya gәtirib çıxaracaqdır.
Belәliklә, dilçi hәr iki cinsdәn olan elementlәrin birlәş -
diyi hәmhüdud sahәdә çalışır; bu birlәşmә forma yaradır,
substansiya yaratmır.
Bu tәsәvvürlәr yuxarıda dil işarәsinin sәrbәstliyi barәdә
dediklәrimizi daha yaxşı aydınlaşdırmağa kömәk edir. Dil
faktında әlaqәlәnәn hәr iki sahә yalnız dumanlı, amorf deyil,
müәyyәn sәs parçasının müәyyәn anlayış üçün işlәnmәsi dә
tamamilә sәrbәstdir. Əgәr başqa cür olsaydı, dәyәrlilik
anlayışı öz sәciyyәvi xüsusiyyәtlәrindәn birini itirәrdi, onun
daxilinә kәnardan gәtirilmiş element düşәrdi. Lakin әslindә,
dәyәrlilik bütövlükdә nisbidir ki, bunun da nәticәsindә
anlayışla sәs arasındakı әlaqә mahiyyәtcә sәrbәstdir.
Öz növbәsindә işarәnin sәrbәstliyi dil sistemini nә üçün
yalnız sosial hәyatın yaratdığını daha yaxşı anlamağa imkan
verir. Dәyәrliliklәrin işlәnmәsi üçün kollektiv zәruridir;
әnәnә vә ümumi razılaşmanın olması dәyәrliliyin yaran ma -
sını doğruldur; ayrıca adam öz-özlüyündә, ümumiyyәtlә, heç
bir dәyәrlilik yaratmağa qadir deyil.
Bundan başqa, bu üsulla müәyyәn olunan dil dәyәrliliyi
tәsәvvürü göstәrir ki, dil sisteminin mәnalı vahidinә hansısa
sәslәnmәnin hansısa anlayış ilә sadәcә birlәşmәsi kimi bax-
maq ciddi yanlışlıqdır. Sistemin üzvünü hәmin yolla müәy -
yәn lәşdirmәk onu daxil olduğu sistemdәn tәcrid etmәk
demәkdir; bu isә belә bir yanlış fikrә gәtirib çıxarır ki, guya
sistemin üzvlәrindәn başlamaq, ona әsaslanaraq sistemi qur-
maq olar. Halbuki, әslindә, bütövdәn hәrәkәt edib, tәhlil yolu
ilә onu tәşkil edәn elementlәrә çatmaq lazımdır.
Hәmin müddәanın inkişafi üçün biz ardıcıl olaraq “işarә -
lәnәn”, yaxud anlayış, “işarәlәyәn” vә bütövlükdә “işarә”
baxı mından mәsәlәyә yanaşacağıq.
154
Dilin konkret mahiyyәtlәrinin vә ya vahidlәrinin bila -
vasitә müşahidәsi mümkün olmadığına görә biz sözlәrә isti-