Page 152 - Ferdinand de Sössür_Layout 1
P. 152
Ferdinand de Sössür
IV fәsil
DİL DƏYƏRLİLİYİ
§1. Dil – sәslәnәn materiyanın tәşkil
etdiyi fikir kimi
Dilin xalis dәyәrlilik sistemindәn başqa bir şey olma dı -
ğına inanmaq üçün burada qarşılıqlı әlaqәdә olan iki ele -
mentә baxmaq kifayәtdir: anlayışlar vә sәslәr.
Psixoloji baxımdan tәfәkkürümüz, әgәr onu sözlәrlә
ifadә etmәkdәn imtina elәsәk, amorf, üzvlәnmәyәn kütlәdir.
Filosoflarla dilçilәr bir mәsәlәdә hәmişә eyni fikirdә olmuş -
lar ki, işarәlәrin kömәyi olmadan bir anlayışı başqasından
kifayәt qәdәr aydın vә ardıcıl fәrqlәndirә bilmәzdik, öz-
özlüyündә götürülmüş tәfәkkür dumana oxşayır, burada heç
nә dәqiq fәrqlәnmir. Dilin tәzahürünә qәdәr heç bir fәrq lәn -
dirmә olmadığı kimi, әvvәlcәdәn müәyyәnlәşdirilmiş anla -
yışlar da yoxdur.
Lakin fikir sahәsinin bu cür yayğınlığından fәrqli olaraq,
sәslәr necә varsa o cür, lap әvvәldәn üzvlәnmiş mahiyyәt lәr -
dәn ola bilәrdimi? Qәtiyyәn ola bilmәzdi! Sәs substansiyası
heç dә tәfәkkürdәn daha müәyyәn, daha sabit olmur. Bu,
fikrin rahatca axıb töküldüyü hazır forma deyil, ayrı-ayrı
hissәlәrә bölünәn plastik kütlәdir ki, hәmin hissәlәr tәfәkkür
üçün zәruri olan işarәlәyәnә xidmәt etmәyә qadirdir. Ona
görә dә bütün yekunu etibarilә dili bir-birinin ardınca gәlәn
bir sıra seqmentlәşmәlәr şәklindә tәsәvvür edә bilәrik; hәmin
seqmentlәşmәlәr qeyri-müәyyәn planda qarışıq anlayışlardan
(A), elәcә dә qeyri-müәyyәn planda sәslәnmәlәrdәn (B) eyni
anda yaranır. Bütün bunları tamamilә tәxmini şәkildә sxemdә
152 göstәrmәk mümkündür: