Page 149 - Ferdinand de Sössür_Layout 1
P. 149
Ümumi dilçilik kursu
tapıram. Burada söhbәt parça materialı, astar, yarlıq vә s.
kimi istisnasız olaraq inert substansiyada birlәşәn mahiyyәtin
maddi sәciyyәsindәn gedir. Alverçidә gördüyüm (yәni
özümün hesab etdiyim) kostyumdan başqa kostyum artıq
mәnim olmayacaq (yәni onu özümünkü hesab etmәyәcә -
yәm). Vә görünür ki, dildәki eynilik kostyumun deyil, sürәt
qatarının vә küçәnin eyniliyi ilә oxşardır. Messieurs sözünü
neçә dәfә işlәdirәmsә, hәr dәfә yeni materialdan istifadә
edirәm: bu hәm yeni sәs aktı, hәm dә yeni psixoloji aktdır.
Eyni bir sözün iki dәfә istifadәsi arasındakı әlaqә nә maddi
eyniliyә, nә mәnanın dәqiq oxşarlığına görә deyil, hansısa
başqa elementlәrә әsaslanır ki, onları tapmaq lazımdır. Vә dil
vahidlәrinin hәqiqi tәbiәtinә hәrtәrәfli yanaşmaq üçün onlar
bizә kömәk edir.
B. Sinxron gerçәklik nәdir? Dilin hansı konkret vә ya
mücәrrәd elementlәrini sinxron gerçәklik hesab etmәk olar?
Misal üçün, nitq hissәlәrinin fәrqlәndirilmәsini götürәk:
sözlәrin isimlәrә, sifәtlәrә vә s. tәsnifi nәyә әsaslanır? O da,
Yer kürәsinin meridian vә paralellәr toruna salınmasına oxşar
olaraq, tamamilә mәntiqi, dilçilikdәn kәnar prinsiplәrin
qrammatikaya tәtbiqi ilә әmәlә gәlmirmi? Yaxud dil
sistemindә olan vә onunla göstәrilәn nәyәsә uyğun gәlmirmi?
Bir sözlә, nitq hissәlәrinin fәrqlәndirilmәsi sinxron
gerçәklikdirmi? İkinci mülahizә hәqiqәtә uyğundur, lakin
birincini dә inkar etmәk olmaz. Mәsәlәn, demәk olarmı ki,
ces gants sont bon marchė ‘bu әlcәklәr ucuzdur’ cümlәsindә
bon marchė ‘ucuzdur’ söz qrupu sifәtdir? Mәntiqi olaraq o,
sifәt mәnasına malikdir, lakin qrammatik baxımdan bu, o
qәdәr dә aşkar deyil : bon marche özünü sifәt kimi aparmır (o
dәyişmir, heç zaman ismin әvvәlindә gәlmir vә s.). Hәmçinin
bon marchė iki sözdәn ibarәtdir: yeri gәlmişkәn, mәhz nitq
hissәlәrinin fәrqlәndirilmәsi dilin sözlәrinin tәsnifinә xidmәt
etmәlidir. Bәs söz qrupu hansı üsulla hәmin “hissәlәr”dәn
birinә aid ola bilәr? Lakin bon – sifәt, a marchė – isimdir deyib
bon marchė-ni başqa cür tәhlil etmәk olmaz. Belәliklә, biz 149
burada qeyri-dәqiq vә yarımçıq tәsnifatla qarşılaşırıq: