Page 145 - Ferdinand de Sössür_Layout 1
P. 145
Ümumi dilçilik kursu
bәxt’ kimi düzәltmә sözlәr hәr birinin özünәmәxsus aydın
mәnası vә funksiyası olan ayrıca hissәlәrә parçalanır. Vә
әksinә, sözdәn böyük olan, yüksәk sәviyyәnin vahidlәri dә
vardır; mәsәlәn: kompozitlәr (porte- plume ‘pero üçün qәlәm’ ),
sabit söz birlәşmәlәri (s’il vous plaİt ‘mәrhәmәt edәn’) analitik
tәsrif formaları (il a ėtė ‘o idi’) vә s. Lakin hәmin vahidlәri
ayırarkәn dә sözlәrin özünü ayırdığımız zaman çәkdiyimiz
çәtinliklәrlә rastlaşırıq. Nitq axınında rastlaşdığımız vahid -
lәrin funksionallaşmasını aydınlaşdırıb dilin hansı konkret
elementlәrә dayandığını müәyyәn etmәk ümumiyyәtlә
fövqәladә dәrәcәdә çәtindir.
Danışanlar, görünür, hәmin çәtinliklәri bilmirlәr. Hansısa
ölçüdә dәyәrliliyi olan hәr şeyi onlar konkret element kimi
qәbul edirlәr. Vә nitq axınında onu sәhvsiz başa düşürlәr. La -
kin hәmin vahidlәrin ani funksionallaşmasını bütün incәlik -
lә ri ilә intuitiv olaraq bilmәk – bir işdir, onları sistematik
ola raq tәhlil etmәyi bacarmaq başqa işdir.
Kifayәt qәdәr geniş yayılmış bir nәzәriyyә iddia edir ki,
guya yeganә konkret vahid cümlәdәn ibarәtdir: biz yalnız
cümlәlәrlә danışır, sözlәri isә sonra onlardan ayırırıq. Lakin
dil sferasına cümlә nә dәrәcәdә aiddir? Əgәr cümlә nitq
sferasına aiddirsә, dil vahidi kimi xidmәt göstәrә bilmәz.
Bununla belә, tәsәvvür edәk ki, bu çәtinliklәr aradan qaldı -
rılıb. Əgәr istifadә oluna bilәcәk bütün cümlәlәri tәsәvvür
etsәk, onların xarakterik әlamәt kimi bir-birinә qәtiyyәn
uyğun olmadığı aydın olacaq. Cümlәlәrin olduqca geniş
rәngarәngliyinin hansısa zooloji növü tәşkil edәn canlıların
az rәngarәng olmayan müxtәlifliyi ilә eynilәşdirilmәsi ilk
baxışdan maraqlı görünür. Lakin bu, illüziyadır: bir növdәn
olan heyvanlardakı ümumi cәhәt onları ayıran fәrqli xüsusiy -
yәt lәrdәn daha vacibdir. Cümlәlәrdә isә fәrqlәr üstündür. Vә
әgәr bütün bu rәngarәngliklәr fonunda onları nәyin әlaqәlәn -
dirdiyini axtarsaq, istәr-istәmәz qrammatik xüsusiyyәtlәri ilә
birlikdә söz qarşımıza çıxacaq vә yenidәn eyni çәtinliklәrlә
145
üz-üzә qalacağıq.