Page 147 - Ferdinand de Sössür_Layout 1
P. 147
Ümumi dilçilik kursu
III fәsil
EYNİLİKLƏR, GERÇƏKLİKLƏR,
DƏYƏRLİLİK
İndicә söylәnmiş mülahizә bizi daha vacib bir problemә
gәtirib çıxarır: bu ondan ibarәtdir ki, statik dilçilikdә istәnilәn
әsas anlayış dil vahidini mәhz necә tәsәvvür edәcәyimizdәn
birbaşa asılıdır. Sinxroniyada eynilik, gerçәklik vә dәyәrlilik
anlayışlarını nәzәrdәn keçirәrәk biz bunu göstәrmәyә çalı şa -
cağıq.
A. Sinxron eynilik nәdir? Burada söhbәt fransız inkarı
pas ilә latın passum ‘addım’ ismini birlәşdirәn eynilik barәdә
getmir; hәmin eynilik diaxron eynilikdir ki, bu barәdә söhbәt
irәlidә gedәcәkdir. Yox, biz ondan az maraqlı olmayan elә bir
eyniliyi nәzәrdә tutub, onun әsasında tәsdiq edәk ki, je ne sais
pas ‘mәn bilmirәm’ vә ne dites pas cela ‘bunu demәyin’
cümlәlәri eyni bir elementi ehtiva edir. Bizә deyәcәklәr ki,
aydın mәsәlәdir: eynilik ona görә var ki, hәr iki cümlәdә eyni
sәs parçası pas eyni mәnanı bildirir. Lakin bu cür izahat
kifayәt deyil: axı әgәr sәs parçası ilә anlayışın uyğunluğu
eyniliyi (yuxarıdakı la force du vent: ά bout de force misalına
bax) sübut edirsә, әksi doğru deyil; eynilik bu cür uyğunluq
olmasa da mümkündür. Ümumi mühazirәlәrdә dәfәlәrlә
tәkrar olunan Messieurs! ‘Cәnablar!’ müraciәtini eşidәndә elә
hiss edirik ki, bu hәr dәfә eyni ifadәdir. Bununla belә,
müxtәlif nitq ifadәlәrindә onun tәlәffüzü, intonasiya
variasiyaları fәrqlәnir – hәmin fәrq o dәrәcәdә әhәmiyyәtlidir
ki, başqa hallarda bu, ayrı-ayrı sözlәri fәrqlәndirmәyә xidmәt
edir (müqayisә et: pomme ‘alma’ vә paume ‘әlin içi’, goutte
‘damla’ vә je goüte ‘sınaqdan keçirirәm’, fuir ‘qaçıb getmәk’
vә fouir ‘qaçmaq’ vә s.). Bundan başqa, Messieurs sözünün
bir işlәnmәsi ilә digәr işlәnmәlәri arasında semantik 147
baxımdan tam uyğunluq olmasa da, eynilik şüuru qorunub