Page 151 - Ferdinand de Sössür_Layout 1
P. 151
Ümumi dilçilik kursu
uyğun tarazlıq yaradan bütün elementlәr bir-biri ilә әlaqә -
dardır – eynilik anlayışı dәyәrlilik anlayışı ilә qovuşur vә әk -
s inә.
Elә ona görә nәticәdә dәyәrlilik anlayışı hәm vahid
anlayışını, hәm konkret dil mahiyyәti anlayışını, hәm dә dil
gerçәkliyi anlayışını әhatә edir. Lakin hәmin müxtәlif
aspektlәr arasında, ümumiyyәtlә, әsaslı fәrq mövcud deyilsә,
demәli, problem ardıcıl olaraq müxtәlif formada qoyula bilәr.
Biz nәyi: vahidi, gerçәkliyi, konkret mahiyyәti vә ya dәyәr -
liliyi tәyin etmәk istәdiyimizdәn asılı olmayaraq, hәr şey
statik dilçilikdә dominant olan eyni әsas mәsәlәnin qoyu -
luşuna gәtirib çıxarır.
Praktik baxımdan, dil vahidlәrindәn başlamaq, onları
müәyyәn etmәk vә bütün rәngarәngliklәrini nәzәrә almaqla
tәsnif etmәk maraqlıdır. Sözlәrdә üzvlәnmәnin nәyә әsas -
landığını aydınlaşdırmaq zәruridir; belә ki, bütün çәtinliklәrә
baxmayaraq, bu vә ya digәr anlayışın tәyini ilә bağlı olan söz
bizim ağlımıza dönmәdәn dil mexanizmindә nә isә mәrkәzi
vahid kimi tәqdim olunur: yalnız bu mövzu bütöv bir cild
kitab üçün kifayәt edәrdi... Sonra aşağı sәviyyәli vahidlәrin,
daha sonra daha böyük vahidlәrin vә s. tәsnifatına da keçmәk
olardı. Belәliklә, bizim elm әsaslandığı elementlәri tәyin edib
vәzifәsini bütünlüklә yerinә yetirmiş olardı: bununla da
sәlahiyyәtinә daxil olan bütün hadisәlәri onların әsas prin -
sip lәrinә müncәr edәrdi. Demәk olmaz ki, dilçilikdә hәmin
mәrkәzi problem nә zamansa artıq qoyulmuş, onun bütün
әhәmiyyәti, hәllinin çәtinliklәri tamamilә dәrk edilmişdir:
indiyә qәdәr dil sahәsindә lazımi dәrәcәdә tәyin edilmәmiş
vahidlәr üzәrindә әmәliyyatlar aparmaqla kifayәtlәnmişlәr.
Lakin dil vahidi anlayışının birinci dәrәcәli zәruriliyinә
baxmayaraq, problemә dәyәrlilik anlayışı mövqeyindәn
yanaşmağa üstünlük verilir: fikrimizcә, bu yanaşmada
problemin daha mühüm aspekti ifadә olunur.
151