Page 148 - Ferdinand de Sössür_Layout 1
P. 148
Ferdinand de Sössür
saxlanır. Nәhayәt, xatırlayaq ki, söz kifayәt qәdәr uzaq
anlayışları işarәlәyә bilәr, lakin onun özünün-özünә eyniliyi
isә ciddi pozuntu sayılmır (müqayisә et: adopter une mode
‘dәbi әks etmәk’ vә adopter un enfant ‘övladlığa götürmәk’,
la fleıır du pommier ‘alma ağacı rәngi’ vә la fleur de la noblesse
‘zadәganlığın gözü ’ vә s.)
Dilin bütöv mexanizmi istisnasız olaraq eyniliyә vә
fәrqliliyә әsaslanır ; yeri gәlmişkәn, bu sonuncular birinci -
lәrin yalnız әks tәrәfidir. Ona görә dә eynilik problemi hәr
yerdә ortaya çıxır; lakin başqa tәrәfdәn, o, konkret mahiy -
yәtlәr vә vahidlәr problemi ilә müәyyәn dәrәcәdә uyğun gәlir
ki, bu zaman xeyli mürәkkәblәşir. Bu, dil eyniliklәri vә
fәrqliliklәri problemini dildәnkәnar faktlarla tutuşduran
45
zaman aydın görünür. Mәsәlәn, biz axşam saat 8 -dә biri-
digәrindәn 24 saat fasilә ilә yola düşәn iki Cenevrә-Paris
sürәt qatarının eyniliyindәn danışırıq. Bizә elә gәlir ki, bunlar
eyni sürәt qatarıdır, bununla belә, hәm parovoz, hәm
vaqonlar, hәm qatar briqadası – onda nә varsa hamısı,
görünür, fәrqlidir. Yaxud başqa bir misal: küçәni dağıtdılar,
oradakı bütün evlәri götürdülәr, sonra onu yenidәn qurdular...
Biz deyirik ki, bu, bütünlüklә hәmin küçәdir; halbuki köhnә
materiallardan, ola bilәr ki, heç nә qalmamışdır. Nәyә görә
küçәni son daşına qәdәr yenidәn qururuq, sonra isә hesab
edirik ki, o, eyni olmaqdan çıxmamışdır? Çünki onu qurub-
yaradan nә varsa, o, tam maddi deyil, onun mahiyyәti bir sıra
elә şәrtlәrlә müәyyәn olunur ki, onlar tәsadüfi materiala
laqeyddir — mәsәlәn, onun başqa küçәlәrlә münasibәtdә
vәziyyәti hәmin şәrtlәrdәndir. Eyni bir sürәt qatarı barәdәki
tәsәvvür onun yola düşmә vaxtı, marşrutu vә ümumiyyәtlә,
bütün o vәziyyәtlәr әsasında müәyyәnlәşir ki, onu bütün
digәr qatarlardan fәrqlәndirir. Hәr dәfә eyni şәrait yaranan
kimi eyni mahiyyәt әmәlә gәlir. Vә bununla belә, hәmin
mahiyyәtlәr mücәrrәd deyil, ona görә ki, küçәni vә ya sürәt
qatarını maddi gerçәklәşmәlәrdәn kәnarda tәsәvvür etmәk
olmaz.
148
Bu iki halı tamamilә başqa bir halla qarşılaşdıraq: Mәn
oğurlanmış kostyumumu tәsadüfi әlamәtlәrә görә alverçidә