Page 156 - Ferdinand de Sössür_Layout 1
P. 156
Ferdinand de Sössür
§2. Dil dәyәrliliyi konseptual baxımdan
Sözün dәyәrliliyi barәdә danışarkәn, adәtәn, hәr şeydәn
әv vәl, onun anlayışı reprezentasiya etmәk xüsusiyyәti
haqqında düşünürlәr – bu, doğrudan da, dil dәyәrliliyinin
aspektlәrindәn biridir. Lakin әgәr belәdirsә, dәyәrlilik bizim
mәna adlandırdığımız şeydәn nә ilә fәrqlәnir? Bu iki söz
sinonimdirmi? Fikrimizcә, yox. Hәrçәnd onları qarışdırmaq
asandır, hәm dә buna terminlәrin oxşarlığı deyil, onların
arasındakı fәrqlәrin incәliyi sәbәb olur.
Öz konseptual aspektindә götürülәn dәyәrlilik, әlbәttә,
mәna elementidir. Eyni zamanda sonuncunun asılı olduğu
dәyәrlilikdәn nә ilә fәrqlәndiyini aydınlaşdırmaq olduqca
çәtindir. Bununla belә, hәmin mәsәlәni aydınlaşdırmaq zә -
ruridir, yoxsa biz dili sadә nomenklatur sәviyyәsinә endirә
bilәrik.
Hәr şeydәn әvvәl, mәnanı tәqdim edirik...
Oxların sxemdә göstәrdiyi kimi, mәna akustik obrazla
uyğun (contre- partie) münasibәtdәdir. Burada hәr şey sözün
hü du dunda müstәqil, özünә qapalı akustik obrazla anlayış
arasında baş verir.
Lakin mәsәlәnin paradoksallığı bundadır ki, bir tәrәfdәn
an la yışın necәsә işarә daxilindә akustik obraza uyğun mü -
nasibәtdә olduğunu tәsәvvür edirik, başqa tәrәfdәn bu işa -
rәnin özü, yәni onun hәr iki komponentini әlaqәlәndirәn
156 mü nas ibәt, eyni zamanda dilin başqa işarәlәri ilә dә müna -
sibәtdә olur.