Page 138 - Ferdinand de Sössür_Layout 1
P. 138
Ferdinand de Sössür
İkinci hissә
SİNXRON DİLÇİLİK
I fәsil
ÜMUMİ MÜDDƏALAR
Sinxron dilçiliyin ümumi vәzifәsi müәyyәn zamanın
mәqamında götürülmüş istәnilәn sistemin әsasında dayanan
prinsiplәri müәyyәnlәşdirmәkdәn vә dilin istәnilәn vәziy -
yәtinә aid konstitutiv amillәri aşkarlamaqdan ibarәtdir.
Yuxarıda haqqında danışılanların çoxu mahiyyәtcә sinx -
roniyaya aiddir. Belә ki, işarәnin ümumi әlamәtlәri barәdә
deyilәnlәrin hamısına sinxron dilçiliyin şöbәlәrindәn biri
kimi baxmaq olar. Əslindә, biz işarәnin hәmin ümumi әla -
mәtlәrindәn hәr iki dilçiliyi fәrqlәndirmәyin zәruriliyini
sübut etmәk üçün istifadә etmişik.
“Ümumi qrammatika” adlandırılan nә varsa, hamısı
sinxroniyaya aiddir, çünki qrammatikanın sәlahiyyәtinә daxil
olan müxtәlif münasibәtlәr yalnız dilin konkret vәziyyәti
çәrçivәsindә qurulur. Biz bundan sonra ancaq әsas prin -
siplәrlә kifayәtlәnәcәyik ki, bunlarsız statikanın xüsusi
problemlәrinә girişmәk, dilin konkret vәziyyәtindәki detalları
izah etmәk mümkün deyil.
Ümumiyyәtlә, statik dilçiliklә mәşğul olmaq dil tarixi ilә
mәşğul olmaqdan daha çәtindir. Tәkamülün faktları daha
konkret, daha çox tәsәvvürә gәlәndir. Onların müşahidә olu-
nan, zәhmәtsiz әldә edilәn münasibәtlәri ardıcıl olaraq bir-
birini әvәz edәn anlaşılması asan elementlәr arasındakı
әlaqәlәrdә müәyyәnlәşir ki, hәmin elementlәrin yaranma
ardıcıllığını izlәmәk bәzәn hәtta cәlbedicidir. O dilçilik ki
müştәrәk mövcud olan dәyәrliliklәrә vә münasibәtlәrә
әsaslanır, bizim üçün daha böyük çәtinliklәr yaradır.
Dilin vәziyyәti riyazi nöqtә deyildir. Bu, zamanın az vә
138
ya çox davam edәn elә bir mәrhәlәsidir ki, hәmin mәrhәlәdә
baş verәn dәyişmәlәrin mәcmusu hәddindәn artıq azdır. O,