Page 133 - Ferdinand de Sössür_Layout 1
P. 133
Ümumi dilçilik kursu
faciö ‘edirәm’ ilә yanaşı bizim sәrәncamımızda conficiö
‘yerinә yetirirәm’, amTcus ‘dost’ ilә yanaşı inimTcus ‘düşmәn’
vә s. dә var. Adәtәn qanun belә ifadә edilir ki, faciö sözündәki
a birinci hecada olmadığı üçün confısiö sözündә i sәsinә keçir.
Bu, dәqiq deyil: faciö sözündәki a conficiö sözündәki i sәsinә
heç zaman “keçmәmişdir”. Hәqiqәti bәrpa etmәk üçün iki
dövrü vә münasibәtlәrin dörd üzvünü fәrqlәndirmәk zәruridir
: әvvәlcә faciö- confaciö demişlәr, sonra confaciö- conficiö
şәklinә çevrilmiş, yädö isә dәyişmәz qalmışdır: nәticәdә
yäc/ö- conficiö demişlәr. Belәliklә, aşağıdakı alınır:
“Dәyişmә”, әslindә, confaciö ilә conficiö arasında baş
vermişdir; yuxarıda misal gәtirdiyimiz qayda o qәdәr pis
formalaşdırılmışdır ki, hәtta birinci dәyişmәni yada salmır.
Daha sonra, әlbәttә, diaxron fakt olan hәmin dәyişmә ilә
yanaşı, birincidәn mütlәq olaraq fәrqlәnәn, faciö ilә conficiö
arasında tam sinxron qarşılaşmaya aid başqa bir fakt mövcud-
dur. Adәtәn, deyirlәr ki, bu fakt deyil, nәticәdir. Ancaq bu,
müәyyәn qaydaya tabe olan faktdır. Vә qeyd etmәk lazımdır
ki, sinxron hadisәlәr mәhz bu cür faktlardır. Faciö - conficiö
arasındakı qarşılaşmanın hәqiqi dәrәcәsini müәyyәn etmәyә
hәmin qarşılaşmanın dәyәrliliyinin az olması mane olur.
Lakin Gast - Gäste, gebe – gibt cütlüklәrini nәzәrdәn keçirsәk,
әmin olmaq çәtin deyil ki, bu qarşılaşmalar, fonetik tәka -
mülün tәsadüfi nәticәlәri olsa da, sinxron kәsimdә әhәmiy -
yәtli qrammatik fenomendir. Hәr iki tipdәn olan hadisәlәrin,
onun fövqündә, öz aralarında sıx bağlanmaları, qarşılıqlı
şәrtlәnmәlәri belә bir fıkir doğurur ki, onları fәrqlәndirmәyә
ehtiyac yoxdur. Vә doğrudan da, dilçilik öz metodunun heç
133
nәyә yaramadığının fәrqinә varmadan on illәr әrzindә onları
qarışdırmışdır.