Page 130 - Ferdinand de Sössür_Layout 1
P. 130
Ferdinand de Sössür
xatırladır; sistemin elementlәrindәn biri şәklini dәyişәrsә,
müxtәlif hadisәlәr baş verә bilәr, lakin dәyişmәlәr faktının
özü bizim repertuarımızın, necә deyәrlәr, yalnız melodiyası
olan sözә toxunmur.
Belәliklә, diaxron faktlar xüsusi sәciyyә daşıyır; sistem -
dәki hәrәkәtlәr yalnız ona yad deyil, öz aralarında da tәcrid
olunub mәcmuları etibarilә sistem yaratmayan hadisәlәr
nәticәsindә baş verir.
Yekunlaşdıraq: sinxron faktlar, necә olsa da, müәyyәn
ardıcıllığa malikdir, lakin hәr hansı imperativ xarakterdәn
tamamilә mәhrumdurlar. Əksinә, diaxron faktlar dilә vadar
edilmiş, lakin ümumilik xarakterinә malik deyildir.
Qısası, ona gәlmәk istәyirik ki, nә sinxron, nә dә diaxron
faktlar yuxarıda müәyyәnlәşmiş mәnadakı qanunlarla idarә
edilmir. Əgәr hәr halda, heç nәyә baxmadan dilçilik qanunları
barәdә danışılırsa, onda termin bizim onu nәyә— sinxron vә
ya diaxron hadisәlәrә aid etmәyimizdәn asılı olaraq tamamilә
müxtәlif mәnalara malik olacaqdır.
130