Page 126 - Ferdinand de Sössür_Layout 1
P. 126
Ferdinand de Sössür
§6. Sinxron qanun vә diaxron qanun
Biz dilçilik qanunları barәdә eşitmәyә vәrdiş etmişik,
lakin doğrudanmı dil faktları qanunlarla idarә olunur vә
hәmin qanunlar necә ola bilәr? Dil ictimai tәsisat olduğundan
a priori demәk olardı ki, o da cәmiyyәt hәyatını idarә edәn
qanunlara analoji olaraq göstәrişlә tәnzimlәnir. Mәlum
olduğu kimi, hәr hansı ictimai qanun iki әsas әlamәtә malik -
dir: o, imperativdir vә ümumidir. Hamı üçün zәruridir. Vә gö -
rünür, müәyyәn zaman vә mәkan hüdudunda bütün hadisәlәri
әhatә edir.
Dil qanunları belә müәyyәnlәşdirilmәyә cavab verirmi?
Onu aydınlaşdır maq üçün, hәr şeydәn әvvәl, deyilәnlәrә
uyğun olaraq burada da sinxron vә diaxron sferaları bir daha
ayırmaq lazımdır.
Bizim qarşımızda iki müxtәlif problem durur, onları
qarışdırmaq olmaz: ümumiyyәtlә dilçilik qanunu barәsindә
danışmaq kölgәni әllә tutmaq istәyi kimidir.
Yunan dilindәn bir neçә nümunә veririk; burada sinx -
roniya vә diaxroniya “qanunlar”ı qәsdәn qarışdırılıb:
1. Hind-Avropa dillәrindә nәfәsli cingiltili sәslәr nәfәsli
kar sәslәrә çevrilmişdir: dhümos → thümos ‘hәyat’, *bherö →
ph rö ‘aparıram’ vә s.
2. Sondan üçüncü hecadan sonra sözdә vurğu olmur.
3. Bütün sözlәr ya saitlә, ya da s, n, r ilә bitir, başqa heç
bir samitlә bitmir. Söz әvvәlindәki s sait qarşısında h-ya (sıx
nәfәslilik) çevrilmişdir: *septm (latınca septem) → hepta
‘yeddi’.
4. Sözün başlanğıcındakı s saitdәn әvvәl h-ya çevrilmişdir
(nәfәsli qalın): *septm (lat. septem) → heptά ‘yeddi’
5. Sondakı m dәyişib n olmuşdur: *jugom → zug"n
(müqayisә et: latınca jugum) ‘yarma’.
6. Söz sonundakı kiplәşәn-partlayan samitlәr düşmüşdür:
*gunaik → gȗnai çağırış halı‘(ay) arvad!’ ‘(ay) qadın!’
126
,*epheret → phere ‘o aparır’, erheront → pheron ‘onlar
apardılar’.