Page 121 - Ferdinand de Sössür_Layout 1
P. 121
Ümumi dilçilik kursu
§4. Sinxroniya vә diaxroniyanın
müqayisәlәrdә göstәrilәn fәrqlәri
Sinxron cәrgә ilә diaxron cәrgә arasındakı hәm avto -
nomluğu, hәm dә asılılığı eyni vaxtda göstәrmәk üçün onlar-
dan birincisini cismin müstәvidәki proyeksiyası ilә müqayisә
etmәk olar. Əslindә, hәr hansı proyeksiya proyeksiya olunan
cisimdәn bilavasitә asılıdır. Lakin hәr halda o, cismin
özündәn fәrqli olan nә isә xüsusi bir hadisәdir. Yoxsa proyek-
siyalar barәdә ayrıca elm olmazdı, cismin özünә baxmaq
kifayәt idi. Dilçilikdә dә sanki tarixi gerçәkliklә hәmin
gerçәkliyi bu vә ya başqa mәqamda tәqdim edәn dilin
müәyyәn vәziyyәti arasında eyni münasibәt var. Hәndәsi
proyeksiyalar anlayışı cisimlәrin müxtәlif növlәrinin – nә
qәdәr diqqәtli yanaşılsa da – öyrәnilmәsi nәticәsindә anlaşıla
bilmәdiyi kimi, sinxron vәziyyәtlәr dә cisimlәrin, yәni di-
axron hadisәlәrin öyrәnilmәsi yolu ilә dәrk edilmir.
Bu şәkildәn istifadә etmәklә daha bir müqayisә aparaq:
Bitki gövdәsini eninә kәssәk, kәsilmiş yerdә müәyyәn
qәdәr mürәkkәb bir şәkil görәcәyik – bu, uzun liflәrin
perspektivindәn başqa bir şey deyil. Vә әgәr gövdәni
birinciyә perpendikulyar olaraq ikinci dәfә kәssәk, buna әmin
olacağıq. Burada yenә dә perspektivlәrdәn biri digәrindәn
asılıdır: uzununa kәsik bizә bitkini yaradan liflәrin özünü,
eninә kәsik isә ona perpendikulyar sәthdәki qruplaşmasını 121
göstәrir. Lakin ikinci kәsik birincidәn fәrqlәnir; belә ki, o,