Page 117 - Ferdinand de Sössür_Layout 1
P. 117
Ümumi dilçilik kursu
ondan irәli gәlә bilәn konkret sinxron nәticәlәr ona tamamilә
yaddır.
2. Diaxron faktlar sistemi dәyişmәyә әsla cәhd etmir. Bu-
rada münasibәtlәr sisteminin birindәn başqasına keçmәk
mәqamı yoxdur. Dәyişmә dil sisteminә deyil, yalnız onun
ayrı-ayrı elementlәrinә aiddir. Biz bu mәqamda irәli sürmüş
olduğumuz bir prinsiplә yenidәn qarşılaşırıq: sistem heç
zaman bilavasitә dәyişmir, öz-özlüyündә o, dәyişmәzdir,
әlaqәlәrin bütövü әhatә etmәsinә baxma ya raq dәyişmәyә
ayrı-ayrı elementlәr mәruz qala bilәr. Belә bir müqayisә
aparmaq olar: әgәr günәş әtrafinda dolanan planetlәrdәn biri
ölçüsünә, kütlәsinә görә dәyişsә, tәcrid olunmuş bu hadisә
necә ola bilәr ki, öz arxasınca ümumi nәticәlәr doğurub
bütövlükdә günәş sisteminin tarazlığını pozsun? Cәm halın
ifadәsi üçün iki hadisәnin qarşılaşdırılması lazım gәlir: ya jöt:
Joti, ya da fot: fet; bu üsulun hәr ikisi eyni dәrәcәdә müm -
kündür. Vә danışanlar da sanki onlara toxunmayaraq birindәn
o birinә keçmişlәr. Nә bütöv yerindәn oynamış, nә dә bir sis-
tem o birini doğurmuşdur. Yalnız sistemin elementlәrindәn
biri dәyişmiş, bu da yeni sistem doğurmaq üçün kifayәt
etmişdir.
3. Bu müşahidә hәr hansı vәziyyәtin tәsadüfi sәciyyә
daşımasını anlamaqda bizә kömәk edir. Tez-tez rastlaşdığımız
sәhv tәsәvvürün әksinә olaraq, dil, anlayışların ifadәsi üçün
uyğunlaşdırılmış mexanizm deyil. Biz gördük ki, onun
hansısa elementinin dәyişmәsi ilә törәnәn yeni vәziyyәt heç
dә mәnaların daha dolğun ifadәsi üçün nәzәrdә tutulmur. Föt-
fSt vәziyyәti bir tәsadüfdür. Vә biz tәk halla cәm halın fәrqini
ifa dә elәmәkdәn ötrü ondan istifadә edirik. Föt: fet qarşılaş -
ması buna Föt: *FÖti dәn daha yaxşı xidmәt etmir. Elә ki hәr
dәfә yeni vәziyyәt ortaya çıxır, ağıl artıq tәqdim olunmuş
materiyanı ruhlandırır, sanki ona can verir. Tarixi dilçiliyin
bizә tәlqin etdiyi hәmin baxış әnәnәvi qrammatikaya mәlum
deyildi; ona mәxsus olan metodlarla heç zaman belә bir fikrә
gәlmәk olmazdı. Onun barәsindә filosofların çoxu da eyni
117
dәrәcәdә heç nә bilmirlәr, halbuki fәlsәfi baxımdan hәmin
konsepsiyadan mühüm heç nә yoxdur.