Page 118 - Ferdinand de Sössür_Layout 1
P. 118
Ferdinand de Sössür
4. Sinxron cәrgәnin faktlarına uyğun olan, uzaqbaşı eyni
tәbiәtli elә faktlar varmı ki, diaxron cәrgә yaratsın? Yox, yox-
dur. Çünki artıq müәyyәn etdik ki, dәyişiklik hәr hansı
mәqsәd olmadan baş verir. Sinxron fakt isә, әksinә, hәmişә
mәnalıdır – o, hәmişә münasibәtlәrin eyni zamanda mövcud
olan iki üzvü arasında münsiflik edir: cәm hal Gäste forması
ilә yox, Gast : Gäste qarşılaşması ilә ifadә olunur. Diaxron
planda isә mәhz әksinә olan doğrudur, onu münasibәtin
yalnız bir üzvü cәlb edir: yeni Gäste formasının tәzahürü üçün
köhnә gasti formasının öz yerini verәrәk aradan çıxması la -
zımdır.
Xarakteri etibarilә bu qәdәr fәrqli faktları bir fәnn
daxilindә birlәşdirmәk cәhdi fantastik tәşәbbüsdür. Diaxron
perspektivdә biz elә hadisәlәrlә qarşılaşırıq ki, sistemlәrә heç
bir aidiyyәti yoxdur, hәrçәnd onları şәrtlәndirir.
Verdiyimiz nümunәlәrdәn çıxan nәticәlәri tәsdiq edәn vә
tamamlayan daha bir sıra nümunәlәr gәtirәk.
Əgәr fransız dilindә sözün tәrkibindә sәssiz e(ә) yox-
dursa, vurğu son hecaya düşür. Bu, sinxron faktdır: burada
fransız sözlәrinin mәcmusu ilә fransız sözlәrinin vurğusu
arasındakı münasibәt ifadә edilir. O, haradan gәlir? Əvvәlki
vәziyyәtdәn. Latın dilindә vurğu sistemi başqa cür vә daha
mürәkkәb olmuşdur. Vurğu uzun olduqca sonuncudan әvvәlki
hecaya; qısa olduqca axırdan üçüncü hecaya keçirdi
(müqayisә et: amїcus ‘dost’, lakin änina ‘can’ ). Bu qanun elә
bir münasibәt müәyyәn edir ki, fransız vurğu qanunu ilә,
azacıq da olsa, analogiyaya gәlmır. Halbuki bu, elә hәmin
vurğudur vә olduğu yerlәrdәcә qalmışdır; fransız sözündә o
heca üzәrinә düşür ki, latın dilindә dә o cürdür : amїcum →
amї,
άnimam → άme. Bununla belә, vurğu formulları fransızca
ilә latıncada fәrqlidir. Ona görә ki, sözün forması dәyişmişdir.
Mәlum olduğu kimi, vurğu ilә bağlı nә varsa, ya itmiş, ya da
e-yә çevrilmişdir. Sözün bu dәyişikliyi nәticәsindә vurğunun
118 mövqeyi bütöv sözә münasibәtdә başqa cür olmuşdur.
Nәticәdә, danışanlar yeni münasibәtin mövcudluğunu dәrk