Page 124 - Ferdinand de Sössür_Layout 1
P. 124
Ferdinand de Sössür
§5. Sinxron vә diaxron dilçiliyin metod vә
prinsiplәrinә görә qarşılaşdırılması
Diaxron vә sinxron dilçiliyin qarşılaşdırılması hәr yerdә
özünü göstәrir. Hәr şeydәn әvvәl (biz daha çox konkret
hadisәdәn başlayırıq) onlar dil üçün aspektlәrinә görә eyni
deyil. Sinxron aspekt diaxron aspektdәn hәlledici mövqe -
dәdir, danışan üçün yeganә gerçәklikdir. Bu, dilçi üçün dә
belәdir: әgәr o diaxron perspektivi götürsә, әsla dili deyil,
onun yalnız şәklini dәyişdirәn bir sıra hadisәlәri görәcәkdir.
Tez-tez iddia edirlәr ki, mövcud vәziyyәtin mәnşәyini dәrk
etmәkdәn vacib heç nә yoxdur; bu, müәyyәn mәnada doğ -
rudur, mövcud vәziyyәti yaratmış şәrait onun әsl tәbiәtini
izah edir, bizi bir sıra illüziyalardan qoruyur. Lakin elә
bununla da sübut olundu ki, diaxroniya öz-özlüyündә mәqsәd
deyil. Mәtbuat haqqında deyilmiş sözlәri onun haqqında da
demәk olar: o hәr şeyә qәti olaraq yol açır, yalnız bu yolu
vaxtında keçib getmәk lazımdır.
Sinxron vә diaxron metodlar iki baxımdan fәrqlidir:
A) Sinxroniya yalnız bir perspektiv – danışanlar perspek-
tivini tanıyır. Vә onun bütünlükdә metodları dil faktlarının
onlarda toplanmasından ibarәtdir: bu vә ya digәr dil hadisәsi
nә dәrәcәdә gerçәkdir, zәruridir vә danışanların şüurunda nә
ölçüdә mövcud olduğunu aydınlaşdırmaq üçün kifayәtdirmi?
Əksinә, diaxron dilçilik iki perspektivi fәrqlәndirmәlidir: biri
zamanın axınını izlәyәn perspektiv, o biri geriyә istiqamәt -
lәnmiş retrospektiv metod. Metodun ikilәşmәsi barәdә әsәrin
beşinci hissәsindә söhbәt gedәcәkdir.
B) İkinci fәrqlәnmә hәr iki fәnnin yayıldığı sahәnin
hәcmindәki fәrqlәrdәn irәli gәlir. Sinxron öyrәnmәnin
obyekti bu vә ya digәr dilә aid faktların zamana görә bütün
uyğun gәlәnlәri yox, yalnız yekunudur; ehtiyac olarsa
dialektlәrә, şivәlәrә qәdәr gedilir. Mahiyyәtcә, sinxroniya
124 termini o qәdәr dә dәqiq deyil: onu bir az uzun olsa da,
idiosinxroniya termini ilә әvәz etmәk lazım idi. Əksinә,