Page 129 - Ferdinand de Sössür_Layout 1
P. 129
Ümumi dilçilik kursu
*nebhos → n phos ‘bulud’, *medhu → m thu ‘çaxır’, *anghö
→ άnkhö ‘boğmaq’ vә s. Yuxarıda nәzәrdәn keçirdiyimiz 4-
cü qanun (*septm → heptά) *serpö → h rpö ‘sürünәn’, *sȕs
→ hȕs ‘donuz’ vә ümumiyyәtlә, ș ilә başlayan bütün sözlәrә
tәtbiq edilir. Bәzәn mübahisә doğuran bu ardıcıllıq bizcә
möhkәm sabitlәşmişdir. Gözlәnilәn istisna bu tipli dәyiş -
mәlәrin zәruri xarakterini aradan qaldırmır; belә ki, ya onlar
daha çox xüsusi fonetik qanunlarla ( müqayisә et: mәsәlәn:
trikhes : thriksl), ya da başqa tipli faktların müda xilәsi
(mәsәlәn, analogiyalar vә s.) ilә izah olunur. Görünür, heç nә
“qanun” anlayışının yuxarıda verilmiş tәrifinә bundan yaxşı
cavab vermir. Lakin bununla belә, fonetik qanunun tәsdiq et-
diyi hadisәlәr nә qәdәr çoxsaylı olsa da, onun әhatә etdiyi
bütün faktlar yalnız bir xüsusi faktın tәzahürüdür.
Mәsәlәnin mahiyyәti bundan ibarәtdir ki, fonetik
dәyişmәlәri doğuran nәdir — sözlәr, yoxsa tәkcә sәslәr?
Cavab şübhә doğurmur; n phos, m thu, änkhö vә s.-dә
dәyişmәyә müәyyәn fonem mәruz qalır: bir halda nәfәsli
cingiltili sәs nәfәsli kar sәsә çevrilir, başqa halda başlanğıc s
h-ya keçir vә s. Vә bu hadisәlәrin heç biri bu sıradan olan
başqa hadisәlәrdәn, elәcә dә törәndiyi sözlәrdәn asılı deyil,
tәcrid olunmuşdur. Tәbii ki, bütün bu sözlәr sәs tәrkibinә görә
dәyişir, lakin bu, hadisәlәrin әsl tәbiәtinә münasibәtdә bizi
yanıltmamalıdır.
Sözlәrin özü fonetik dәyişmәlәrdә bilavasitә iştirak etmir
– bu müddәamızda biz belә bir sadә müşahidәyә әsaslanırıq
ki, faktik olaraq hәmin dәyişmәlәr sözlәrdәn asılı olmayaraq
gedir vә onların mahiyyәtinә toxuna bilmir. Sözün vәhdәti
yalnız onun fonemlәrinin mәcmusu ilә yaranmır, söz
fonemlәrin maddi keyfiyyәtinә deyil, başqa xüsusiyyәtlәrinә
әsaslanır. Tәsәvvür edәk ki, royalda bir dil sәhv çalır; hәr dәfә
melodiyanı ifa edәrkәn ona toxunulsa, saxta not sәslәnәcәk.
Yaxşı, bu falş harada sәslәnir? Melodiyadamı? Əlbәttә yox:
mәsәlәnin melodiyaya dәxli yoxdur, royalın özü xarab
olmuşdur. Fonetikada da tamamilә eyni şey baş verir. Bizim 129
fonemlәr sistemi dilin sözlәrini ifadә etmәklә çaldığımız alәti