Page 131 - Ferdinand de Sössür_Layout 1
P. 131
Ümumi dilçilik kursu
§7. Panxron baxış mövcuddurmu?
Buraya qәdәr biz “qanun” terminini hüquqi mәnada an -
ladıq. Lakin dildә qanunlar fızika vә tәbiәt elmlәrindә başa
düşülәn mәnada, yәni öz hәqiqiliyini hәr yerdә, hәr zaman
әldә edәn münasibәtlәr mәnasında mövcud ola bilәrmi?
Başqa sözlә, dili panxron baxımdan öyrәnmәk olmazmı?
Görünür, olar. Bir halda ki, mәsәlәn, fonetik dәyişmәlәr
hәmişә baş vermiş, yenә dә baş verәcәkdir, hәmin hadisәyә
dilin ümumәn daimi xüsusiyyәtlәrindәn biri kimi baxmaq
mümkündür. Vә belәliklә, bu, onun qanunlarından biridir.
Dilçilikdә dә, şahmat oyununda olduğu kimi, bütün hadisә -
lәrә tәsir göstәrәn qaydalar var. Lakin bunlar konkret hadi -
sәlәrdәn asılı olmayan ümumi prinsiplәrdir. Xüsusi, ayrılıqda
gözә çarpan faktlara münasibәtdә heç bir panxron baxış ola
bilmәz. Deyәk ki, yayılma dәrәcәsindәn asılı olmayaraq hәr
hansı fonetik dәyişmә hәmişә müәyyәn zamanla, müәyyәn
әrazi ilә mәhdudlaşır. Bütün zamanlara vә hәr yerә aid olmur;
yalnız diaxron olaraq mövcuddur. Bununla da biz dilә aid
olanlarla olmayanları fәrqlәndirmәk üçün kriteriya tapa
bilәrik. Panxron izaha gәlә bilәn konkret fakt dilә mәnsub ola
bizmәz. Fransız sözü chose ‘әşya’nı götürәk: diaxron
baxımdan bu söz tәşәkkül tapdığı causa-ya, sinxron baxımdan
isә müasir fransız dilindә onunla assosiasiyaya gәlә bilәn
bütün sözlәrә qarşı qoyulur.
Yalnız hәmin sözün sәslәri öz-özlüyündә götürülmüş (ʃo :
z ) panxron yanaşmanı qәbul edir ki, onlar da linqvistik
dәyәrliliyә malik deyil. Vә hәtta nitq axınında, mәsәlәn, un
ʃo : z admirablә (une chose admirable ‘ hәsәd aparılacaq şey ’)
dә götürülmüş ʃo : z panxron baxımdan bütöv deyil: bu, heç
nә ilә mәhdudlanmayan formasız kütlәdir. Əslindә dә, nә
üçün o:za vә ya nʃo : yox, mәhz ʃo: z? Bütün bunlar dәyәrliliyә
malik deyil, çünki mәnaları yoxdur. Dilin konkret faktları
panxron baxımdan öyrәnilә bilmәz. 131