Page 127 - Ferdinand de Sössür_Layout 1
P. 127
Ümumi dilçilik kursu
Bu qanunlardan birincisi diaxrondur: dh olan nә vardısa,
th olmuşdur vә s. İkincisi bütöv olaraq sözlә vurğu arasındakı
münasibәti ifadә edir: bu, iki qarşılıqlı mövcud element ara -
sında özünәmәxsus “müqayisә”dir— sinxron qanundur.
Üçüncü qanun da bu cürdür: bütövlükdә sözә vә onun
şәkilçisinә aiddir. Dörd, beş vә altıncı qanunlar diaxrondur:
s olan nә vardısa, h olmuşdur; sondakı m dәyişib n olmuşdur;
sondakı t, k vә s. kiplәşәn-partlayan sәslәr izsiz olaraq it -
mişdir.
Bundan başqa, qeyd etmәk lazımdır ki, üçüncü qanun
beşinci ilә altıncının nәticәsidir: iki diaxron fakt bir sinxron
faktı yaratmışdır.
Bu iki kateqoriya qanunlarını bu şәkildә ayırıb әmin olu-
ruq ki, ikinci vә üçüncü qanunlar birinci, dördüncü, beşinci
vә altıncı qanunlarla eynicinsli deyil.
Sinxron qanun – ümumi qanundur, lakin imperativ deyil;
sadәcә predmetlәrin mövcud qaydalarını әks etmәklә hansısa
vәziyyәti tәsdiqlәyir. Mәsәlәn, “müәyyәn meyvә bağında
ağaclar çәpinә sıralarla әkilmişdir” müddәası nә dәrәcәdә
qanun adlandırıla bilәrsә, o da o dәrәcәdә qanundur. Onun
әks etdir di yi qaydalar mәhz ona görә keçicidir ki, hәmin qay-
dalar imperativ deyil. Görünür, etiraz etmәk olar ki, nitqdә
sinxron qanun o mәnada mәcburidir ki, kollektiv әnәnә onu
hәr bir insana mәcburi olaraq qәbul etdirib. Bu doğrudur,
lakin axı biz “imperative” sözünü danışanlara münasibәtdә
mәcburilik mәnasında anlamırıq – imperativliyin olmaması
o mәnadadır ki, dilin hansısa bәnd üzrә müәyyәnlәşmiş
qaydalılığı qorumağa tәminat verәn gücü yoxdur. Deyәk ki,
latın vurğusunu (yuxarıda 2-ci bәnddә verilmiş yunan
vurğusu ilә dәqiq müqayisәdә) idarә edәn sinxron qanundan
daha ardıcıl heç nә mövcud deyil; bununla belә, hәmin vurğu
qaydaları dәyişiklik amili qarşısında dayana bilmәdi, öz
yerini fransız dilindә fәaliyyәt göstәrәn yeni qanuna verdi.
Belәliklә, әgәr sinxroniyada qanun barәdә danışmaq olarsa,
yalnız qaydalılıq, müntәzәmlik prinsipi mәnasında danışıla 127
bilәr.