Page 111 - Ferdinand de Sössür_Layout 1
P. 111
Ümumi dilçilik kursu
onun gәlirliliyinә münasibdir) hәmin dәyәrliliyi müәyyәn
dәrәcәdә zaman daxilindә dә izlәmәk olar. Lakin gözdәn
qaçırmaq olmaz ki, hәr bir müәyyәn mәqamda onunla birgә
mövcud olan başqa dәyәrliliklәr sistemindәn asılıdır. Bununla
belә, әşyalarla әlaqәsi ona tәbii baza verir, buradan irәli gәlәn
dәyәrlәndirmәlәr heç zaman tam sәrbәst olmur: onlar mәhdud
dairәdә dәyişilә bilәr. Lakin biz artıq gördük ki, tәbii әşyalar
vә onların münasibәtlәrinin ümumiyyәtlә dilçiliyә dәxli yox-
dur (söhbәt dәyәrliliklәrdәn getdiyi üçün).
Bunun ardınca qeyd etmәk lazımdır ki, dәyәrliliklәr sis-
temi nә qәdәr mürәkkәb, nә qәdәr ciddi tәşkil olunmuşsa,
mәhz hәmin sistemin mürәkkәbliyinә görә onu ardıcıl olaraq,
hәr iki ox üzrә öyrәnmәk o qәdәr zәruridir. Bu baxımdan heç
bir sistem dillә müqayisә oluna bilmәz: biz heç yerdә bu cür
dәqiq münasibәtdә olan dәyәrliliklәrә, bu qәdәr böyük
kәmiyyәtdә, bu qәdәr rәngarәng vә eyni zamanda bu qәdәr
ciddi qarşılıqlı asılılıqla әlaqәdә olan elementlәrә rast
gәlmirik. İşarәlәrin çoxluğu (dilin fasilәsizliyini nәzәrdәn
keçirәrkәn artıq bu barәdә danışmışdıq) işarәlәrin zamandakı
vә sistemdәki münasibәtlәrinin eyni vaxtda öyrәnilmәsinә
tamamilә mane olur.
Elә ona görә dә biz iki dilçilik fәrqlәndiririk. Onları necә
adlandıraq? Hәr tәklif olunan termin bu ikiliyi tam ifadә
etmәyә qadir deyil. “Tarix” vә “tarixi dilçilik” terminlәri
yaramır, çünki hәddindәn artıq yayğın anlayışlarla bağlıdır.
Necә ki, siyasi tarix hәm ayrı-ayrı dövrlәrin tәsvirini verir,
hәm dә baş vermiş hadisәlәrdәn danışır; o cür dә tәsәvvür
etmәk olardı ki, dilin ardıcıl olaraq bir-birini әvәz edәn
vәziyyәtlәrini tәsvir etmәklә biz şaquli zaman oxunu
izlәyirik, әslindә, dili öyrәnirik; bunun üçün dili bir vәziy -
yәtdәn başqa vәziyyәtә keçmәyә mәcbur edәn hadisәlәri
ayrıca nәzәrdәn keçirmәk lazım gәlәrdi. Tәkamül, tәkamül
dilçiliyi terminlәri daha dәqiqdir. Vә biz onlardan tez-tez
istifadә edәcәyik. Kontrastlıq üçün o biri elmi dilin vәziyyәti 111
haqqında elm, yaxud statik dilçilik adlandırmaq olardı.