Page 106 - Ferdinand de Sössür_Layout 1
P. 106
Ferdinand de Sössür
Kәsilmәzliyin sәbәblәri a priori müşahidәyә gәlir, zaman
içәrisindә dәyişmәnin sәbәblәri başqa cürdür. Yaxşısı budur,
hәlәlik onların dәqiq izahından imtina edib münasibәtlәrin
dәyişmәsi barәdә ümumi mülahizәlәrlә kifayәtlәnәk. Zaman
hәr şeyi dәyişir. Vә dilin bu ümumi qaydadan kәnarda dur -
duğunu iddia etmәyә heç bir әsas yoxdur.
Girişdә müәyyәn edilmiş prinsiplәrlә әlaqәlәndirәrәk
mülahizәlәrimizin mәrhәlәlәrini yekunlaşdıraq:
1. Sözlәrin sәmәrәsiz definisiyalarından qaçaraq biz nitq
fәaliyyәtindәn ibarәt ümumi hadisә daxilindә hәr şeydәn
әvvәl onu tәşkil edәn iki hissәni (facteur) ayırdıq: dil vә nitq.
Dil bizim üçün – dil fәaliyyәti çıxaq nitqdir. O, dil vәrdiş lә -
rinin elә yekunudur ki, bir insanın başqasını anlamasına vә
onun tәrәfindәn anlaşılmasına imkan verir.
2. Lakin bu cür tәrif hәlәlik dili sosial gerçәklikdәn kә -
nar da saxlayır, onu nә isә gerçәk olmayan bir şey kimi
tәqdim edir. Belә kı, gerçәkliyin ancaq bir aspektini — fәrdi
as pektini әks etdirir. Dilin olması üçün danışan kollektiv
lazımdır. Göründüyünün әksinә olaraq, dil heç zaman cәmiy -
yәtdәn kәnarda mövcud olmur, çünki dil semioloji hadisәdir.
Dilin sosial tәbiәti onun daxili xüsusiyyәtlәrindәn biridir:
onun tam müәyyәnliyi aşağıdakı sxemdә göstәrildiyi kimi
bizi bir-birilә bağlı olan iki hadisә ilә üzbәüz qoyur:
106