Page 101 - Ferdinand de Sössür_Layout 1
P. 101
Ümumi dilçilik kursu
2. İşarәlәr çoxluğu istәnilәn dildә zәruridir. Bunun әhә -
miyyәti az deyil. 20–40 hәrfdәn ibarәt yazı sistemi başqası
ilә әvәzlәnә bilәr. Əgәr dili tәşkil edәn elementlәrin sayı az
olsaydı, eyni işi onun üzәrindә dә etmәk mümkün idi. Lakin
dil işarәlәrinin sayı olduqca çoxdur.
3. Sistemin olduqca mürәkkәb sәciyyәsi. Dil sistemdir.
Hәrçәnd, irәlidә görәcәyimiz kimi, mәhz bu baxımdan o heç
dә tam sәrbәst deyil. Vә belәliklә, burada nisbi şüurluluq
hakimdir. Danışanların onu dәyişmәyә qadir olmaması mәhz
burada üzә çıxır. İş burasındadır ki, hәmin sistem özünü
mürәkkәb mexanizm kimi tәqdim edir, yalnız xüsusi
düşüncәlәrlә ona çatmaq olar. Hәtta hәr gün ondan istifadә
edәnlәr belә, sistemin özü barәdә heç nә bilmirlәr. Yalnız
mütәxәssislәrin, qrammatistlәrin, mәntiqçilәrin vә başqaları -
nın müdaxilәsi yolu ilә dilin dәyişmәsinin mümkünlüyünü
tәsәvvür etmәk olardı. Lakin tәcrübә göstәrir ki, indiyә qәdәr
bu tipli cәhdlәr uğur qazanmamışdır.
4. Hәr hansı dil innovasiyasına kollektiv özәyinin müqavimәti.
Yuxarıda söylәdi yi miz mülahizәlәrin hamısı inandırıcılıq
dәrәcәsinә görә indi deyәcәklәri miz dәn geri qalır: hәr bir
istәnilәn mәqamda dil hamının vә hәr kәsin işidir; dil
kollektivdә yayılıb ona xidmәt edәrәk elә bır şeyә çevrilmiş -
dir ki, ondan hәr bir insan hәr saat, hәr dәqiqә istifadә edir.
Bu mәnada onu başqa ictimai tәsisatlarla heç cür müqayisә
etmәk olmaz.
Qanun göstәrişlәri, dini mәrasimlәr, dәniz siqnalları vә
s. eyni zamanda yalnız mәhdud müddәtә aid olur; әksinә,
dildәn hәr kәs hәr dәqiqә istifadә edir. Ona görә dә dil
hamının daimi tәsirini hiss edir. Bu, fundamental amildir,
onun bircәciyi bәsdir ki, dildә inqilabın mümkünsüzlüyünü
tәmin etsin. Dil tәşәbbüsün tәzahürünә görә bütün ictimai
qurumlardan az imkanlara malikdir. Dil cәmiyyәt hәyatının
ayrılmaz hissәsini tәşkil etmәklә, inert tәbiәtә malikdir vә hәr
şeydәn әvvәl konservativ çıxış edir.
101
Lakin “dil sosial qüvvәlәrin mәhsuludur” demәk, hәlә
kifayәt deyil ki, onun sәrbәst olmadığını aydınlatmış olsun;