Page 97 - Ferdinand de Sössür_Layout 1
P. 97

Ümumi dilçilik kursu



               §3. İkinci prinsip: işarәlәyәnin xәtti
                               sәciyyәsi


             Öz tәbiәti etibarilә eşitmә ilә qәbul edilәn işarәlәyәn
          yalnız zaman daxilindә açılır vә zamandan alınmış әlamәt -
          lәrlә sәciyyәlәnir: a) onun uzunluğu var ; b) hәmin uzunluq
          birölçülüdür – yәni xәttidir.
             Tamamilә aydın olan bu prinsipi, görünür ona görә  yada
          salmırlar ki, onu hәddindәn artıq bәsit  hesab edirlәr. Halbuki
          bu, olduqca mühüm prinsipdir, onun nәticәlәri dә kifayәt
          qәdәrdir. Dilin bütün mexanizmi ondan asılıdır. Eyni
          zamanda bir neçә ölçünü birlәşdirәrәk  görmә üzvlәriylә
          qәbul edilәn (dәniz siqnalları vә s.) işarәlәyәnin әksinә
          olaraq, eşitmә vasitәsilә qәbul edilәn işarәlәyәnin sәrәn ca -
          mında yalnız zaman xәtti var; onun elementlәri zәncir kimi
          bir-birinin ardınca gәlir. Elә ki biz onların zaman ardıcıllığını
          qrafik işarәlәrin mәkan sırası ilә әvәzlәyib onların yazıda әks
          olunmasına başlayırıq, hәmin xüsusiyyәt әyani olaraq görü -
          nür.
             Bәzi hallarda bu, o qәdәr dә aydın müşahidә olunmur.
          Mәsәlәn, mәn bir neçә hecanı vurğu ilә deyirәmsә, elә
          görünә bilәr ki, mәna daşıyan müxtәlif elementlәri bir nöq -
          tәdә hәrәkәtә gәtirirәm. Lakin bu, illüziyadır ; heca da, onun
          vurğusu da fonasiyanın bir aktıdır: hәmin aktda, әslindә,
          ikilik yoxdur, yalnız onun hәmhüdud elementlәrlә müxtәlif
          qarşılaşmaları mövcuddur.









                                                                      97
   92   93   94   95   96   97   98   99   100   101   102