Page 92 - Ferdinand de Sössür_Layout 1
P. 92
Ferdinand de Sössür
Belәliklә, dil işarәsi ikitәrәfli psixi mahiyyәtdir vә
şәkildәki kimi tәsvir oluna bilәr:
Bu elementlәrin hәr ikisi bir-biri ilә sıx bağlı olub, biri
digәrini şәrtlәndirir. Biz latınca arbor sözünün, yaxud
romalının “ağac” anlayışını ifadә etdiyi sözün mәnasını
axtardıqda, aydındır ki, yalnız bu tipli
tutuşdurmaların reallığa uyğunluğunu qәbul edirik. Vә tәsәv -
vürümüzә gәlә bilәcәk bütün digәr axsaqlıqları bir kәnara
atırıq.
Bu müәyyәnlәşdirmә vacib olan terminoloji mәsәlәni dә
meydana çıxarır. Biz anlayışla akustik obrazın birlәşmәsini
işarә adlandırırıq, lakin qәbul olunmuş istifadәdә bu termin
yalnız akustik obrazı ifadә edir; mәsәlәn, arbor sözü vә s.
Unudulur ki, arbor işarә adlandırılırsa, bu yalnız ona görәdir
ki, “ağac” anlayışı onun tәrkibinә daxildir. Vә belәliklә,
işarәnin mәhz hissi tәrәfi bütövün ifadәsini nәzәrdә tutur.
92
Əgәr hәr üç anlayışı biri digәrini şәrtlәndirәn, lakin eyni
zamanda bir-birinә qarşı duran adlarla adlandırsaq, ikimә -