Page 91 - Ferdinand de Sössür_Layout 1
P. 91
Ümumi dilçilik kursu
Belә bir tәsәvvür bir neçә baxımdan tәnqid oluna bilәr.
Sözlәrdәn qabaq artıq hazır anlayışların olmasını irәli sürür;
adların tәbiәti – sәsli, yaxud psixi olması barәdә heç nә
demir, halbuki “arbor” sözünә hәr iki görmә bucağı altında
baxıla bilәr; nәhayәt, belә yanaşma adı әşya ilә birlәşdirәn
әlaqәnin olduqca nәsә sadә bir şey olması qәnaәtinә gәtirir
ki, bu da gerçәkdәn tamamilә uzaqdır. Bununla belә, sadәlәş -
dirilmiş bu baxış bizi hәqiqәtә yaxınlaşdıra bilәr, çünki
burada dil vahidinin nә isә ikili, iki komponentin birlәşmә -
sindәn yaranmış olduğunu tәsdiq edir.
Nitq aktını nәzәrdәn keçirәrәk biz artıq aydınlaşdırdıq ki,
dil işarәsinin hәr iki tәrәfi psixi olub, beynimizdә assosiativ
әlaqә ilә bağlanır. Bu mәqamı biz xüsusi qeyd edirik.
Dil işarәsi әşya ilә onun adını deyil, anlayışla akustik
obrazı әlaqәlәndirir. Bu sonuncu maddi sәslәnmә, tamamilә
fiziki bir şey yox, sәslәnmәnin psixi izi, bu barәdә hiss
orqanlarımız vasitәsilә aldığımız tәsәvvürdür. Akustik obraz
hissi tәbiәtә malikdir. Vә әgәr biz onu hәrdәn “maddi” adlan -
dırırıqsa, yalnız bu sәbәbdәn vә ona görә edirik ki, akustik
obrazı assosiativ cütlüyün ikinci üzvünә, ümumiy yәtlә, daha
mücәrrәd olan anlayışa qarşı qoyaq.
Akustik obrazların psixi xarakteri nitq praktikamız
üzәrindә apardığımız müşahidә zamanı yaxşı hiss edilir.
Dodağ ımızı, dilimizi hәrәkәt etdirmәdәn öz-özümüzlә danı -
şa, yaxud şeir parçasını ürәyimizdә tәkrar edә bilәrik. Mәhz
dilin sözlәri bizim üçün akustik obraz olduğuna görә, onları
tәşkil edәn “fonemlәr”i xatırlamağa ehtiyac qalmır. Fonasiya
aktını nәzәrdә tutan hәmin termin yalnız tәlәffuz olunan sözә,
daxili obrazın nitqdә reallaşmasına aid ola bilәr. Sәslәr vә
hecalar barәdә danışarkәn, söhbәtin yalnız akustik obrazdan
get di yini xatırlasaq, biz hәmin anlaşılmazlıqları aradan qal -
dıracağıq.
91