Page 86 - Ferdinand de Sössür_Layout 1
P. 86
Ferdinand de Sössür
§6. İmploziya vә eksploziyanın uzunluğu
Hecanı eksploziya vә imploziyanın qarşılıqlı tәsiri ilә
izah edәrәk biz metrikanın mәlum faktını ümumilәşdirәn
mühüm bir müşahidәyә gәlib çıxırıq. Yunan vә latın
sözlәrindә iki formada uzunluq fәrqlәndirilir: tәbiәtinә görә
(mäter) vә vәziyyәtinә görә (fäctus). Nә üçün fäctus-da fac
uzun heca sayılır? Cavab verirlәr: ardınca ct qrupunun gәl -
diyinә görә. Lakin әgәr o, sәs birlәşmәsindәn bu cür asılıd ır -
sa, onda iki samitlә başlayan istәnilәn heca uzun olmalıdır.
Halbuki, belә deyil (müqayisә et: clǏens vә s.).
Əsl sәbәb ondadır ki, eksploziya vә imploziya öz
mahiyyәti etibarilә uzunluğa münasibәtdә fәrqlidir. Eks -
ploziya hәmişә o qәdәr cәld axır ki, qulaq üçün irrasional
kәmiyyәtә çevrilir; bu sәbәbә görә dә o, heç zaman vokal
tәәssüratı yaratmır. Yalnız imploziya hiss olunan kәmiyyәti
tәqdim e d i r : buradan belә tәәssürat yaranır ki, imploziya o
saitdәn başlanır ki, hәmin saitin tәlәffüzü uzun çәkir.
Başqa tәrәfdәn, mәlumdur ki, kiplәşәn-partlayan, yaxud
frikativ sәs, üstә gәlәk süzülәn sәsdәn yaranan birlәşmәnin
әvvәlindә yerlәşәn saitlәr iki cür şәrh oluna bilәr: patrem
sözündә a uzun, yaxud qısa ola bilәr. Bu da onunla izah edilir.
Əslindә, hәmin sözdәki tr qrupunu hәm tr, hәm dә tr kimi
tәlәffüz etmәk olar: artikulyasiyanın birinci üsulu a-nın qısa
olaraq qalmasına imkan verir; ikinci üsul uzun heca yaradır.
Fäctus kimi sözlәrdә a-nın analoji ikiqat şәrhi mümkün deyil,
çünki ct qrupunu ct deyil, yalnız ct kimi tәlәffüz etmәk olar.
86